Azərbaycanlı mədəni fəal Müjqan Siyami azadlığa buraxılıb

Azərbaycanlı mədəni fəal Müjqan Siyami azadlığa buraxılıb

GünAz TV: “Saray dərgisi”nin baş redaktoru və yazıçı xanım Müjqan Siyami 27 gün saxlandıqdan sonra mülki vəsiqə qarşılığında müvəqqəti azadlığa buraxılıb.

 

Rejimin təhlükəsizlik qüvvələri oktyabrın 22-də xanım  Siyaminin yaşadığı evə müraciət edərək evdə axtarış apardıqdan sonra onu yaxalayıb.

 

Xanım Siyaminin yaxınlarının verdiyi məlumata görə, o noyabrın 16-da mülki vəsiqə qarşılığında müvəqqəti olaraq sərbəst buraxılıb.

 

Mədəni fəalın müvəqqəti saxlanma təcridxanasında saxlandığı müddətdə onun vəkili və ailə üzvləri məhkəmə və təhlükəsizlik orqanlarına müraciət edərək fəalın hansı səbəbdən yaxalandığı və ittihamı barədə məlumat almağa çalışıblar, lakin bu barədə onlara cavab verilməyib.

 

Xanım Siyaminin sosiologiya və ədəbiyyat üzrə yüksək lisansı var. İranda “siyasət adamı” məfhumuna aydınlıq gətirilməsini tələb edən Siyami dinin siyasətdən ayrı olduğuna inanaraq ötən prezident seçkilərində öz namizədliyini irəli sürmüşdür, lakin onun səlahiyyəti rejimin Keşikçilər Şurası tərəfindən rədd edildiyi üçün   namizədliyi qeydə alınmamışdır.

 

N.S


HƏMÇİNİN OXUYUN

HƏMÇİNİN OXUYUN