Azərbaycanlı milli-mədəni fəal Əşrəf Əsgəri saxlanılıb, onunla bağlı heç bir xəbər yoxdur

Azərbaycanlı milli-mədəni fəal Əşrəf Əsgəri saxlanılıb, onunla bağlı heç bir xəbər yoxdur

GünAz TV: Azərbaycanlı milli-mədəni fəal xanım Əşrəf (Süheyla) Əsgəri ailəsi ilə birlikdə Türkiyə səfərindən qayıtdıqdan sonra Urmiyənin Ettelaat İdarəsinə çağırılıb.

 

Bu barədə Teleqram kanalları və digər sosial şəbəkələrdə məlumat yayılıb.

 

Çağırış vərəqəsinə əsasən azərbaycanlı fəal fevralın 12-i yerli vaxtla saat 11:00-da Urmiyənin Vəlfəcr xiyabanında yerləşən Ettelaat-ın Xəbər Mərkəzinə müraciət etməli olub. Bu günə qədər onun vəziyyəti ilə bağlı heç bir məlumat yayılmayıb.

 

Hələlik fəalın hansı səbəbdən Ettelaat İdarəsinə çağırıldığı da məlum deyil.

 

Ə.Əsgərinin məhz Türkiyə səfərindən qayıtdıqdan sonra Ettelaat İdarəsinə çağırılması xüsusi nigaranlıq doğurur.

 

 

N.S


HƏMÇİNİN OXUYUN

HƏMÇİNİN OXUYUN