Azərbaycanlı milli-mədəni fəal Səfiyyə Qarabağlı saxlanılıb – Zəcanda

Azərbaycanlı milli-mədəni fəal Səfiyyə Qarabağlı saxlanılıb – Zəcanda

GünAz TV: Zəncanda azərbaycanlı milli-mədəni fəal Səfiyyə Qarabağlı bu şəhərin Ettelaat (İran Kəşfiyyat Nazirliyi) əməkdaşları tərəfindən saxlanılıb.

 

Azərbaycanlı xanım iyulun 17-də evdən çıxarkən saxlanılaraq naməlum istiqamətə aparılıb.

 

Bu barədə fəalın həyat yoldaşı Ruzbeh Səadəti öz Facebook səhifəsində məlumat yayıb. O bildirib ki, “yaxalandıqdan bir neçə saat sonra 3 məmur Səfiyyə ilə birlikdə evə gəldilər. Onlar evdə axtarış aparıb, kompüter, kitab, dəftər və bir neçə şəxsi əşyanı zəbt edərək özləri ilə apardılar.”

 

“Biz bir neçə kələmə bir-birimizlə danışa bildik. Səfiyyə, sistemin əleyhinə təbliğ və cəmiyyətdə əsassız təşviş yaratmaqda  ittiham olunduğunu bildirdi. Bundan başqa onun vəziyyəti ilə bağlı heç bir məlumatım yoxdur”- deyə R.Səadəti əlavə edib.

 

S.Qarabalı ailəsi ilə birlikdə Güney Azərbaycanın Zəncan şəhərində yaşayır, o qadın haqları müdafiəçisidir, bu sahədə araşdırma işləri ilə məşğuldur.

 

Xanım fəalın həyat yoldaşı R.Səadəti isə əslən Miyana şəhərindəndir. Veblaqçı azərbaycanlı fəal ötən illərdə Azərbaycan türk millətinin demokratik və milli hüquqları uğrunda apardığı dinc mübarizəyə görə dəfələrlə təhlükəsizlik qüvvələri tərəfindən saxlanılıb, müxtəlif təzyiqlərə məruz qalıb.

 

N.S


HƏMÇİNİN OXUYUN

HƏMÇİNİN OXUYUN