Azərbaycanlı öyrənci Röya Səğirinin həbsi ilə bağlı məhkəmə hökmü icra edilir

Azərbaycanlı öyrənci Röya Səğirinin həbsi ilə bağlı məhkəmə hökmü icra edilir

GünAz TV:  Azərbaycanlı öyrənci fəal Röya Səğiri, barəsində çıxarılan həbs hökmünün icrası ilə bağlı zindana çağırıldığını bildirib.


Təbriz Mədəni Universitetinin öyrəncisi bu barədə cümə günü  İnstaqram səhifəsində məlumat yayaraq şənbə günü həbs ediləcəyini açıqlayıb.


“Hökmün icrası üçün çağırılmışam. Sabah gedəcəm, bu azacıq azadlığımı da zalimcəsinə məndən alacaqlar. Azadlığım daha da məhdudlaşacaq. Qoy onları tarix mühakimə etsin”- deyə o qeyd edib.


Röya Səğiri Təbrizdə İran rejiminin ədalətsizlik və ayrı-seçkilik siyasətinə qarşı keçirilən aksiyalar zamanı (İranda dey ayı etirazları adlanır) Təbrizdə saxlanmışdır.


Məcburi hicaba qarşı çıxan azərbaycanlı öyrənci “sistemin əleyhinə təbliğat aparmaq” və “sistemin əsaslarını aşağılamaq” kimi uydurma ittihamlarla üzləşərək 23 ay həbs cəzasına məhkum edilib, hökm iyul ayında Apelyasiya Məhkəməsi tərəfindən olduğu kimi qüvvədə saxlanılıb.


Azərbaycanlı öyrənci bundan əvvəl Təbriz İnqilab Məhkəməsinin 2-ci şöbəsi tərəfindən “sistemin əleyhinə təbliğat aparmaq” ittihamı ilə 8 ay və “rəhbəri təhqir etmək” ittihamı ilə 18 ay həbs cəzasına məhkum edilib, məhkəmənin bu qərarı da Apelyasiya Məhkəməsi tərəfindən olduğu kimi təsdiqlənib.


Röya Səğiri bundan əvvəl başqa bir dosyeyə görə “qanunsuz yığıncağa qatılmaqla ümumi asayişi pozmaq” və “hicabsız şəkildə ictimai yerlərə çıxmaq” kimi uydurma ittihamlarla üzləşərək 1 il şərti həbs, 10 şallaq zərbəsi və müəyyən miqdarda cərimə ödəməyə məhkum edilmişdir.


Ötən dekabr ayının son günləri və yanvarın ilk həftələrində İran şəhərlərində keçirilən etirazlar qısa müddətdə 100-dən çox şəhəri bürüdü. İqtisadi gərginliklə bağlı başlayan etirazlarda sonralar müxtəlif şüarlar səsləndirildi və bir çox tələblər irəli sürülüldü. Bu aksiyalarda azı 25 nəfər təhlükəsizlik qüvvələrinin açdığı atəş nəticəsində həlak oldu, təxminən 5 min etirazçı saxlanıldı. Polis əksər şəhərlərdə keçirilən aksiyalara güc tətbiq etdiyi üçün beynəlxalq qurumlar tərəfindən kəskin şəkildə pislənildi.

 


N.S


HƏMÇİNİN OXUYUN

HƏMÇİNİN OXUYUN