Beynəlxalq Əfv Təşkilatı 22 yaşlı iranlı qadının yaxın günlərdə edam ediləcəyi barədə xəbərdarlıq edib

Beynəlxalq Əfv Təşkilatı 22 yaşlı iranlı qadının yaxın günlərdə edam ediləcəyi barədə xəbərdarlıq edib
 
 GünAzTV: Beynəlxalq Əfv Təşkilatı oktyabrın 11-də bəyanat yayaraq ərinin qətlində günahlandırılaraq ölümə məhkum edilən 22 yaşlı Zeynəb Səkavəndin yaxın günlərdə edam ediləcəyi barədə xəbərdarlıq edib.

 

Bəyanatda bildirilir ki, 5 ildir İranın Qərbi Azərbaycan əyalətinin mərkəzi, Urmiya şəhərinin zindanında saxlanılan Zeynəb Səkavənd, 15 yaşında ikən valideynləri tərəfindən sevmədiyi bir kişiyə zorla ərə verilib. Bildirilir ki, evlilik həyatında həmişə əri tərəfindən müxtəlif bəhanələrlə döyülüb təhqir edilən və söyülən Zeynəb, yoldaşından boşanmağa qərar versə də, əri onu boşamaqdan imtina edib.

 

Vurğulanır ki, ərinin dözülməz kötək və təhqirlərinə dözə bilməyən Zeynəb, 17 yaşında ikən məişət zəminində evdə yaranmış bir ixtilafda, bilmədən ərini qətlə yetirib və az sonra həbs edilib. Müttəhim, zindan həyatında başqa bir məhbusla yenidən ailə qurub ondan hamilə olsa da, onun uşağı ölü dünyaya gəlib. Bu isə ona daha bir psixi zərbə olub. Bəyanatda, Zeynəbin qətl törədərkən 17 yaşlı olduğunu nəzərə alaraq ona çıxarılan ölüm hökmünün icrasının dayandırılması tələb edilib.

 

Xatırladaq ki, İran İslam Respublikasının  cəza və şəriət qanunlarına əsasən oğlanlar 15, qızlar isə 9 yaşından məsuliyyətə cəlb edilə, cəzalandırıla bilər. Halbuki beynəlxalq konvensiyalara əsasən həm oğlanlar, həm də qızlar yalnız 18 yaşından sonra məsuliyyətə cəlb edilə bilərlər.

 A.M

Açar Sözlər

Qadın

HƏMÇİNİN OXUYUN

HƏMÇİNİN OXUYUN