Əhməd Şəhid, ikili vətəndaşlığı olan 3 iranlı məhbusun azadlığa buraxılmasını tələb edib

Əhməd Şəhid, ikili vətəndaşlığı olan 3 iranlı məhbusun azadlığa buraxılmasını tələb edib

GünAzTV: BMT-nin İranda insan haqları üzrə xüsusi nümayəndəsi Əhməd Şəhid oktyabrın 7-də bəyanat yayaraq ikili vətəndaşlığı olan 3 iranlı məhbusun, Nazənin Zağəri, Bağır Nəmazi və Kəmal Füruqinin dərhal azadlığa buraxılmasını tələb edib.

 

Həbsindən əvvəl müstəqil bir xeyriyyəçi təşkilatı kimi tanınan “Thomson Reuters” fondunda işləyən Nazənin Zağəri bu ilin mayında 2 yaşlı qızı ilə birlikdə İrana səfər edərkən tutulub. Tehran məhkəməsi xanım Zağərini naməlum ittihamlara görə 5 il həbsə məhkum edib. Hazırda onun səhhətinin ağır olduğu bildirilir. Həmçinin İran əsilli Amerika vətəndaşı, 80 yaşlı Bağır Nəmazi bu ilin fevral ayında (1394-cü ilin bəhmən ayında) Tehranda tutulub. Həmin vaxtdan o naməlum səbəblərə görə həbsdə saxlanılır. O, vəkildən də məhrum edilib.

 

İran əsilli Böyük Britaniya vətəndaşı, 77 yaşlı Kəmal Füruqi isə 2011-ci ilin mayında İrana səfər edərkən tutulub. O, xarici dövlətlərlə əlaqə saxlamaqda, casusluqda və mənzilində alkoqollu içkilər saxlamaqda günahlandırılaraq 8 il həbsə məhkum edilib.

 

Əhməd Şəhidin yadığı bəyanatda bildirilir ki, hər üç məhbusun səhhəti ağırdır və onların təcili müalicəyə ehtiyacı var: “İnsanları naməlum ittihamlara görə məhkum etmək və ya barələrində irəli sürülmüş ittihamları müttəhimlərdən və onların vəkillrindən gizlətmək, ədaləti məsxərəyə qoymaqdan başqa bir şey deyil. Hər üç müttəhimin, o cümlədən də xanım Zağərinin səhhəti həbs edildikdən sonra gündən-günə pisləşməyə başlayıb və onların təcili müalicəyə ehtiyacı var. Biz, isə ikili vətəndaşlığı olan həmin üç məhbusun dərhal azadlığa buraxılmasını tələb edirik”.

A.M

Açar Sözlər

Qadın

HƏMÇİNİN OXUYUN

HƏMÇİNİN OXUYUN