Ərdəbildə azərbaycanlı yazıçı Müjqan Siyami saxlanılıb

Ərdəbildə azərbaycanlı yazıçı Müjqan Siyami saxlanılıb

GünAz TV: Güney Azərbaycanın Ərdəbil şəhərində fəsillik "Saray dərgisi"nin baş redaktoru xanım Müjqan Siyami təhlükəsizlik qüvvələri tərəfindən saxlanılıb.

 

Oktyabrın 22-də təhlükəsizlik qüvvələri xanım Siyaminin şəxsi evinə daxil olaraq onu yaxalayıb, özləri ilə naməlum istiqamətdə aparıblar. Baş redaktorun evində axtarış aparıldığı bildirilir.

 

Hələlik azərbaycanlı fəalın hansı səbəbdən yaxalandığı barədə heç bir məlumat yoxdur.

 

M.Siyami azərbaycanlı mədəni fəallardan biridir. O Saray dərgisinin baş redaktoru və qadın haqları müdafiəçisidir.

 

Adını çəkdiyimiz fəal İranda 12-ci prezident seçkilərində öz namizədliyini irəli sürüb, lakin naməlum səbəbdən onun səlahiyyətli rədd edimişdir.

 

N.S


HƏMÇİNİN OXUYUN

HƏMÇİNİN OXUYUN