Evin zindanında olan azərbaycanlı tələbə Məleykə Qaragözlünün həyatı təhlükə qarşısındadır

Evin zindanında olan azərbaycanlı tələbə Məleykə Qaragözlünün həyatı təhlükə qarşısındadır

GünAz TV: Tehranda təhsil alan güney azərbaycanlı tələbə Məleykə Qaragözlü (Dəniz) ağır iqtisadi şərait və benzinin bahalaşmasına görə keçirilən etiraz aksiyaları zamanı həbs edilib.

 

Əldə edilən məlumatlara əsasən, Əllamə Təbatəbai Universitetinin tələbəsi olan xanım Məleykə noyabrın 18-də Tehran Universitetinin qarşısında benzinin bahalaşmasına qarşı keçirilən etiraz aksiyaları zamanı saxlanıb. Onun hazırda Evin Zindanının “Sepah” terror təşkilatının Kəşfiyyat İdarəsinə məxsus bölməsində saxlandığı deyilir.

 

Tələbənin yaxınlarından biri bildirir ki, “Sepah” Məleykə Qaragözlünü öldürüb, daha sonra onun “psixoloji problemlər”dən əziyyət çəkdiyinə görə intihar etdiyini özündə əks etdirən saxta sənədlər düzəltməyə çalışır.

 

Güney azərbaycanlı bu xanım tələbənin yaxınları İran daxilində və xaricində yaşayan insan haqları fəallarını “Sepah” terror təşkilatının bu cinayətkar planının qarşısının alınması üçün məsələni diqqət mərkəzində saxlamağa və bütün dünyaya çatdırmağa çağırırlar.

 

Qeyd etmək lazımdır ki, İranın bütün bölgələrində benzinin qiymətinin artırılmasına qarşı başlamış etiraz aksiyasında Güney Azərbaycan şəhərləri də aktiv iştirak edib. Etirazlar zamanı onlarla Azərbaycan türkü həbs edilib. Hələ ki, onlardan 30 nəfərinin adı məlumdur.

 

Bundan başqa, Tehran və Kərəc kimi şəhərlərdə yaşayan güney azərbaycanlılardan da çoxu həmin bölgələrdə keçirilən aksiyalarda iştirak ediblər. Onlardan da bir neçəsinin təhlükəsizlik qüvvələri tərəfindən vəhşicəsinə döyülərək həbs edildiyi barədə məlumatlar var.

 

Ə.A


HƏMÇİNİN OXUYUN

HƏMÇİNİN OXUYUN