İranda gecə kampaniyasına qatılan daha 121 qız və oğlan tutulub

İranda gecə kampaniyasına qatılan daha 121 qız və oğlan tutulub

GünAzTV: İranda birgə şənlənmək və xoş anlar keçirmək üçün gecə kampaniyasına qatılan daha 121 qız və oğlan tutulub. Bu barədə Tehranın Pərdis məntəqəsinin inqilab prokuroru Heydər Fəttahi martın 15-də jurnalistlərə açıqlama verib.

 

Prokuror bildirib ki, “Sepah” və hüquq-mühafizə qüvvələri Pərdis məntəqəsindəki evlərdən birində gənc qız və oğlanların bir araya gəlib birlikdə əylənməsi haqda məlumat alan kimi həmin evdə birgə əməliyyat keçiriblər: “Əməliyyat nəticəsində bir-birinə naməhrəm olan və musiqi səsləndirərək birlikdə rəqs edən və alkoqollu içkilərdən istifadə edən 121 qız və oğlan tutulub. Tutulanlar sosial şəbəkələr vasitəsilə bir-biri ilə tanış olaraq bu kampaniyaya dəvət olunmuşdular. Evdə yoxlama aparılıb, 20 litrdən artıq alkoqullu içkilər aşkarlanaraq götürülüb”.

 

Tutulan qız və oğlanların polis bölməsinə aparıldığını və hazırda dindirildiyini bildirən Hedər Fəttahi, hadisənin konkret nə vaxt baş verdiyini açıqlamayıb.

 

Xatırladaq ki, bu ilin iyun ayından bu yana İranın müxtəlif şəhərlərində qız və oğlanların birgə qatıldığı gecə qonaqlıqlarına və ad günləri mərasimlərinə edilən hücumlarda ən azı 1000 adam həbs edilib.

A.M


HƏMÇİNİN OXUYUN

HƏMÇİNİN OXUYUN