İranda gecə qonaqlığına qatılan daha 10 qız və oğlan tutulub

İranda gecə qonaqlığına qatılan daha 10 qız və oğlan tutulub

GünAzTV: İranın Abadan şəhərində bir mağaza içində keçirilən gecə qonaqlığına qatılan daha 10 qız və oğlan tutulub.  

 

Hadisə, martın 2-si axşam saatlarında Abadan şəhərinin Təyyib məntəqəsində baş verib. Abadan hüquq-mühafizə qüvvələri rəsmilərinin bildirdiyinə görə, 10 qız və oğlanın bir mağazada bir araya gəlib birlikdə şənlik etməsi barədə onlara xəbər daxil olan kimi, polis əməkdaşları əməliyyata başlayıb: “Əməkdaşlarımız qapısı çöldən bağlanmış həmin mağazaya gedib sərxoş və xoşagəlməz vəziyyətdə bir-biri ilə əylənən qız və oğlanları tutublar. Mağazada alkoqollu içkilər və musiqi alətləri aşkarlanaraq götürülüb. Tutulan gənclər polis bölməsinə aparılıb və hazırda məsələ araşdırılır”.

 

 

Xatırladaq ki, 2016-cı ilin iyun ayından bu günə kimi, İranın müxtəlif şəhərlərində polisin qız və oğlanların birgə qatıldığı gecə qonaqlıqlarına, banketlərə və ad günü mərasimlərinə hücumunda ən azı 1850 nəfər həbs edilib.

 

A.M


HƏMÇİNİN OXUYUN

HƏMÇİNİN OXUYUN