İranda gecə qonaqlığına qatılan daha 11 qız və oğlan tutulub

İranda gecə qonaqlığına qatılan daha 11 qız və oğlan tutulub

GünAzTV: İranın Gülüstan əyalətində, Qorqan şəhərinə yaxın Ziyarət kəndindəki bir villada keçirilən gecə qonaqlığına qatılan daha 11 qız və oğlan yaxalanıb. Bu barədə yerli hüquq-mühafizə qüvvələri rəsmiləri oktyabrın 29-da məlumat yayıb.  

 

Bildirilir ki, yerli polis qüvvələrinin həmin kəndə gəlib villada yoxlama aparması nəticəsində kefli və sərxoş vəziyyətdə bir-biri ilə rəqs edib şənlənən 11 qız və oğlan yaxalanaraq polis bölməsinə aparılıb. Villada yerli və xarici istehsalı olan onlarla müxtəlif şüşə alkoqullu içkilər aşkarlanaraq götürülüb. Faktla bağlı araşdırma aparıldığı bildirilir. Tutulan qız və oğlanların adları mediaya açıqlanmayıb.

 

Xatırladaq ki, 2016-cı ilin iyun ayından bu günə kimi, İranın müxtəlif şəhərlərində polisin qız və oğlanların birgə qatıldığı gecə qonaqlıqlarına, banketlərə və ad günü mərasimlərinə hücumunda ən azı 1476 nəfərdən çox adam həbs edilib.

 

A.M


HƏMÇİNİN OXUYUN

HƏMÇİNİN OXUYUN