İranda gecə şənliyinə qatılan daha 24 qadın və kişi yaxalanıb

İranda gecə şənliyinə qatılan daha 24 qadın və kişi yaxalanıb

GünAzTV: İranın Ərak şəhərində gecə şənliyinə qatılan daha 24 qadın və kişi yaxalanıb. Bu barədə İranın Mərkəzi əyalətinin inqilab prokuroru Abbas Qasimi dekabrın 2-də jurnalistlərə açıqlama verib.

 

O bildirib ki, Ərak şəhərinin ətraf məntəqələrinin birindəki evlərdən birində onlarla qadın və kişinin birlikdə keçirdiyi axşam qonaqlığına qatılması barədə məlumat daxil olan kimi, yerli hüquq-mühafizə qüvvələri həmin evə yollanıb: “Hüquq-mühafizə qüvvələrinin əməkdaşları həmin evə daxil olaraq birlikdə şənlənən 24 qadın və kişini yaxalayıb. Evdə yoxlama aparılıb, müəyyən miqdarda alkoqullu içkilər aşkarlanaraq götürülüb. Qanunsuz qonaqlıqda tutulan gənc qız və oğlanlar polis bölməsinə aparılıb və hazırda dindirilir”.

 

 

Xatırladaq ki, 2016-cı ilin iyun ayından bu günə kimi, İranın müxtəlif şəhərlərində polisin qız və oğlanların birgə qatıldığı gecə qonaqlıqlarına, banketlərə və ad günü mərasimlərinə hücumunda 1500 nəfərdən çox adam həbs edilib.

 

A.M


HƏMÇİNİN OXUYUN

HƏMÇİNİN OXUYUN