İranda gecə şənliyinə qatılan daha 30 qız və oğlan tutulub

İranda gecə şənliyinə qatılan daha 30 qız və oğlan tutulub

 GünAzTV: İranda gecə şənliyinə qatılan daha 30 qız və oğlan tutulub. Hadisə iki gün əvvəl baş versə də, bu barədə xəbər yenicə yayılıb. Sentyabrın 18-də İranın Rəşt şəhərində, hüquq-mühafizə qüvvələrinin villalardan birində keçirdiyi əməliyyatda 15 qız və 15 oğlan tutularaq naməlum istiqamətə aparılıb. Villada yoxlama aparılıb, qonaqlar üçün nəzərdə tutulmuş müxtəlif alkoqollu içkilər aşkarlanaraq götürülüb. Tutulan gənclərin hazırda harada saxlanılması və konkret nədə günahlandırılması haqda hər hansı bir məlumat yayılmayıb. Bu ilin iyun ayından bu yana İranın müxtəlif şəhərlərində qız və oğlanların birgə qatıldığı gecə qonaqlıqlarına və ad günləri mərasimlərinə edilən hücumlarda ən azı 575 adam həbs edilib. A.M

Açar Sözlər

Qadın

HƏMÇİNİN OXUYUN

HƏMÇİNİN OXUYUN