İranda il yarımdır həbsdə saxlanılan qadın yazıçı edama məhkum edilib

İranda il yarımdır həbsdə saxlanılan qadın yazıçı edama məhkum edilib

GünAzTV: İranda il yarımdır Tehranın Evin zindanında saxlanılan və ötən ay Rey şəhərinin həbsxanasına köçürülən 50 yaşlı yazıçı, tərcüməçi və araşdırmaçı, Mərcan Davəri edama məhkum edilib.

 

İrandakı hüquq müdafiəçilərinin yaydığı məlumata əsasən, Tehran inqilab məhkəməsinin 15-ci şöbəsinin rəisi, hakim Sələvatinin rəyasəti ilə keçirilən iclasında Mərcan Davəri, Sistemə qarşı çıxmaqda, yer üzündə fəsad törətməkdə, nigahdan kənar cinsi əlaqədə olmaqda, “Ekenkar” ürfan sektasına üzv olmaqda və islam dəyərlərinə zidd kitablar tərcümə etməkdə günahlandırılaraq edama məhkum edilib.

 

Bundan əvvəl “Mərifət yolu” adlı bir müəssisədə tədris edən, psixologiya, ürfan və metafizika sahələrinə aid bir neçə kitabı fars dilinə tərcümə edən Mərcan Davəri, 2015-ci ilin sentyabr ayında (1394cü il, mehrin 2-də) Kərəcin Mehrşəhr məntəqəsində atasının evində tutulub. Tehranın “Əl-Zəhra” Universitetinin qrafika ixtisası üzrə məzunu olan qadın yazıçı, həbs edildikdən sonra 3 ay müddətinə Tehranın Evin zindanında təkadamlıq kamerada saxlanılaraq təzyiq altında dindirilib, vəkildən məhrum edilib.

A.M

 


HƏMÇİNİN OXUYUN

HƏMÇİNİN OXUYUN