İranda modelləşdirmə işi ilə məşğul olan 11 nəfər tutulub

İranda modelləşdirmə işi ilə məşğul olan 11 nəfər tutulub

GünAzTV: İranın Sistan-Bəlucistan əyalətinin mərkəzi sayılan Zahidan şəhərində gizli şəkildə modelləşdirmə (modeling) işi ilə məşğul olan 11 nəfər tutulub.

 

Hadisə, oktyabrın 15-də baş verib və “Sepah”ın Zahidandakı qüvvələri gizli modelləşdirmə  fəaliyyəti aparan 3 studiyaya hücum edərək 11 nəfəri tutub. Tutulanlar naməlum istiqamətə aparılıb, studiyalar isə möhürlənib. “Sepah”, hadisə ilə bağlı bəyanat yayaraq bildirib ki, həmin studiyalar və onlara bağlı Qərb təmayüllü şəbəkələr yerli müsəlman gənc qız və oğlanları modelləşdirmə fəaliyyətinə cəlb edərək bu yolla Qərb mədəniyyətinin ölkəyə nüfuzuna şərait yaradıb, gənclərin düşüncəsinə təsir etməyə çalışıb. Bildirilir ki, bağlanan studiyalarda, model olmaq istəyən qız və oğlanların müxtəlif formalarda çəkdirdiyi şəkillər sosial şəbəkələrdə, o cümlədən də “İnstagram”da geniş yayılıb.

 

Bəyanatda həmçinin modelləşdirmə (modeling) fəaliyyəti ilə bağlı daha 50 nəfərin “Sepah”ın ETTELAAT bölməsinə çağırılıb dindirildiyi və xəbərdarlıq aldıqdan sonra sərbəst buraxıldığı vurğulanır.

A.M

Açar Sözlər

Qadın

HƏMÇİNİN OXUYUN

HƏMÇİNİN OXUYUN