İranda polis rəisi: “Yırtıq cins şalvar və düyməsiz manto geymək, qalstuk və kəpənək taxmaq qadağandır”

İranda polis rəisi: “Yırtıq cins şalvar və düyməsiz manto geymək, qalstuk və kəpənək taxmaq qadağandır”

 GünAzTV: İranın Fars əyalətinin ictimai təhlükəsizlik polisinin rəisi, polkovnik Seyid Musa Hüseyni, sentyabrın 1-də jurnalistlərə açıqlamasında əyalətdə gənc qız və oğlanların geyimi ilə bağlı qoyulan yeni qadağalardan danışıb. Seyid Musa Hüseyni bildirib ki, polis əməkdaşları, gənclərin Şiraz şəhərində islam dəyərlərinə zidd geyimlərdə gəzməsinə imkan verməyəcək: “Qız və oğlanların yırtıq cins şalvar geyməsi, xanımların qabağı açıq düyməsiz mantolardan və ya qısa, dar və yapışqan paltarlardan istifadəsi, kişilərin isə qalstuk (kravat) və kəpənək (papion) taxması və üzərində xarici dildə yazılar yazılmış paltarlar geyməsi qadağandır və bu tərzdə geyinənlərin qarşısı alınacaq. Müştərilərinə xarici markalı geyimlər satan mağazalara polis nəzarətinin bundan sonra daha da gücləndiriləcəyini vurğulayan Seyid Musa Hüseyni, həm də mağaza sahiblərinə xəbərdadrlıq edərək bildirib ki, həmin mağazalarda qadınların alt paltarlarını satan bölmələrdə kişilərdən yox, qadın satıcılardan istifadə olunmalıdır. A.M

Açar Sözlər

Qadın

HƏMÇİNİN OXUYUN

HƏMÇİNİN OXUYUN