Məhkəmə Nəsim Sadiqinin azadlığa buraxılması üçün təqdim olunan vəsiqəni qəbul etməyib

Məhkəmə Nəsim Sadiqinin azadlığa buraxılması üçün təqdim olunan vəsiqəni qəbul etməyib

GünAz TV: Oktyabrın 21-də Təbrizdə saxlanılan azərbaycanlı milli-mədəni fəal Nəsim Sadiqi oktyabrın 29-da Təbrizin İnqilab Məhkəməsinə gətirilməli idi, lakin bu baş tutmayıb.

 

Fəalın ailə üzvlərinin dediyinə görə, Ettelaat məsulları fəalın məhkəməyə gətirilməsinə mane olub.

 

Məlumata görə, Nəsim Sadiqinin ailəsi onu məhkəmədə bir neçə saat gözləyib, lakin o məhkəməyə gətirilməyib. Onlar bu vəziyyətə etiraz edib və onun azadlığa buraxılması üçün mülki vəsiqə təqdim ediblər, lakin təqdim olunan vəsiqə məhkəmə tərəfindən qəbul olunmayıb. Sadiqi ailəsinə bildirilib ki, hələlik dosye təkmilləşməyib, müttəhimə qarşı yeni ittihamlar irəli sürülə bilər.

 

Məhkəmə bundan əvvəl Nəsim Sadiqinin azadlığa buraxılması üçün 100 milyon tümənlik mülki vəsiqə qərarı çıxarıb.

 

Təhlükəsizlik qüvvələri fəalı yaxalamaq üçün evə müraciət edən zaman ona məxsus bir çox şəxsi əşya, o cümlədən mobil telefonu, kompüter, kitab və əlyazmaları özləri ilə götürüblər.

 

Azərbaycanlı fəala qarşı irəli sürülən ittihamlar haqda hələlik heç bir məlumat yoxdur.

 

Nəsim Sadiqi Azərbaycan türk millətinin demokratik və milli hüquqları uğrunda apardığı mədəni mübarizəyə görə müxtəlif təzyiqlərə məruz qalıb və dəfələrlə təhlükəsizlik qüvvələri tərəfindən saxlanılıb.

 

N.S


HƏMÇİNİN OXUYUN

HƏMÇİNİN OXUYUN