Mərənd şəhərində azərbaycanlı fəal Həkimə Əhmədi saxlanılıb

Mərənd şəhərində azərbaycanlı fəal Həkimə Əhmədi saxlanılıb

GünAz TV: Azərbaycanlı milli-mədəni fəal Həkimə Əhmədi oktyabrın 26-da Mərənd şəhərində saxlanılıb.

 

Ettelaat əməkdaşları tərəfindən öz evində saxlanılan fəal naməlum istiqamətə aparılıb, hələlik onun saxlanma səbəbi ilə bağlı heç bir informasiya yoxdur.

 

GünAz TV-yə daxil olan məlumata görə, məmurlar evə daxil olduqdan sonra fəal və onun həyat yoldaşına qarşı kobud davranıb, hətta onları silahla təhdid ediblər.

 

Məmurların heç bir dəlil söyləmədən fəalı özləri ilə apardığı bildirilir.

 

Tomris Ana ləqəbi ilə tanınan Həkimə Əhmədinin iki uşağı var. O ötən aylarda təhlükəsizlik qüvvələri tərəfindən yaxalanaraq 3 gün saxlandıqdan sonra 100 milyon tümənlik mülki vəsiqə qarşılığında sərbəst buraxılıb.

 

N.S


HƏMÇİNİN OXUYUN

HƏMÇİNİN OXUYUN