Məşhəddə təhlükəsizlik qüvvələrinin qadınların geyim tərzinə müdaxiləsi qarşıdurma ilə nəticələndi – “Xameneiyə ölüm” şüarı səsləndirildi

Məşhəddə təhlükəsizlik qüvvələrinin qadınların geyim tərzinə müdaxiləsi qarşıdurma ilə nəticələndi – “Xameneiyə ölüm” şüarı səsləndirildi

GünAz TV: Məşhəddə qadınların geyim tərzinə müdaxilə edən təhlükəsizlik qüvvələri ilə əhali arasında qarşıdurma yaşanıb. Hadisə oktyabrın 8-i yerli vaxtla saat 10 radələrində Məşhəddin Əhmədabad məhəlləsində baş verib. 

 

“İlk öncə təhlükəsizlik qüvvələri ətrafdakı qadınlara geyim tərzlərinə görə xəbərdarlıq etdilər. Onların arasında olan bir axund qadınların birinə yaxınlaşaraq ona qarşı təhqiramiz ifadə işlətdi. Hər şey isə bundan sonra başladı. Qadın axunda  qışqıraraq onun üzünə bir şillə vurdu. Bundan sonra təhlükəsizlik qüvvələri hücuma keçərək yaranan mübahisəyə müdaxilə etməyə başladılar, bunun ardınca isə ətrafdakı əhali qadına yardım etmək məqsədi ilə mübahisəyə qatıldılar və geniş qarşıdurma başladı. Qadının təhlükəsizlik qüvvələri tərəfindən yaxalanmasına mane olmağa çalışan insanlar gur səslə “Xameneiyə ölüm” şüarları da səsləndirdilər. Sonda təhlükəsizlik qüvvələri hadisə yerini tərk etməli oldular”- deyə baş verən hadisə ilə bağlı yerli mətbuat və sosial şəbəkələrdə yayılan məlumatda qeyd olunub.

 

Qeyd edək ki, İranda qadınların hicabı riayət etməsi məcburidir. Bununla bağlı hər il çox sayda qadın əxlaq polisi tərəfindən yaxalanır və məhkəmə qarşısına çıxarılır. Ölkə əhalisi məcburi qanuna dəfələrlə öz etirazını bildirsə də, qanunda hərhansı bir dəyişiklik müşahidə olunmur.

N.S

Açar Sözlər

Qadın

HƏMÇİNİN OXUYUN

HƏMÇİNİN OXUYUN