Nəsim Sadiqi Təbrizin Mərkəzi Zindanına intiqal edilib

Nəsim Sadiqi Təbrizin Mərkəzi Zindanına intiqal edilib

GünAz TV: İslam İnqilabı Keşikçilər Korpusunun (“Sepah”) məsulları ötən günlərdə Təbrizdə saxlanılan azərbaycanlı milli-mədəni fəal Nəsim Sadiqini Təbrizin Mərkəzi Zindanına köçürüblər.

 

Nəsim Sadiqi oktyabrın 29-da ailəsi ilə qısa telefon əlaqəsi saxlayaraq Təbrizin Mərkəzi Zindanına intiqal edildiyini bildirib.

 

Azərbaycanlı fəal oktyabrın 29-da Təbrizin İnqilab Məhkəməsinə aparılmalı idi, lakin “Sepah” məsulları onu məhkəməyə aparmaqdan imtina edib. Nəsim Sadiqinin ailəsi onu məhkəmədə bir neçə saat gözləyib, lakin o məhkəməyə gətirilməyib. Onlar bu vəziyyətə etiraz edib və onun azadlığa buraxılması üçün mülki vəsiqə təqdim ediblər, lakin təqdim olunan vəsiqə məhkəmə tərəfindən qəbul olunmayıb. Sadiqi ailəsinə bildirilib ki, hələlik dosye təkmilləşməyib, müttəhimə qarşı yeni ittihamlar irəli sürülə bilər.

 

Məhkəmə bundan əvvəl Nəsim Sadiqinin azadlığa buraxılması üçün 100 milyon tümənlik mülki vəsiqə qərarı çıxarıb.

 

Təhlükəsizlik qüvvələri fəalı yaxalamaq üçün oktyabrın 21-də evə müraciət edən zaman ona məxsus bir çox şəxsi əşya, o cümlədən mobil telefonu, kompüter, kitab və əlyazmaları özləri ilə götürüblər.

 

Azərbaycanlı fəala qarşı irəli sürülən ittihamlar haqda hələlik heç bir məlumat yoxdur.

 

Əldə olunan məlumata görə, “Sepah”ın Təhlükəsizlik Bölümü məhkəməyə təyiq edərək fəalın azadlığa buraxılmasına mane olur.

 

N.S


HƏMÇİNİN OXUYUN

HƏMÇİNİN OXUYUN