Ötən günlərdə saxlanılan zəncanlı öyrənci haqqında heç bir məlumat yoxdur

Ötən günlərdə saxlanılan zəncanlı öyrənci haqqında heç bir məlumat yoxdur

GünAz TV: Fevralın 25-də Tehran Universitetinin zəncanlı öyrəncisi xanım Pərisa Rəfii təhsil aldığı universitetin qapısı önündə polis tərəfindən saxlanılıb.

 

Məhkəmə və təhlükəsizlik qüvvələrinin məsulları azərbaycanlı xanımın vəziyyəti haqda ailəsinə heç bir məlumat vermir.

 

P.Rəfiinin yaxınlarının dediyinə görə, öyrəncinin atası Sultanəli Rəfii fevralın 26-da Tehranın Evin zindanına müraciət edərək qızı haqqında məlumat almaq istəyib, lakin ona konkret cavab verilməyib. Bildirilib ki, məlumat almaq üçün mütəhimin vəkili müraciət etməlidir. Bundan sonra vəkil deyilən yerə müraciət edib, təəssüflə onun da sualları cavabsız qalıb.

 

S.Rəffi İnstaqram səhifəsində qızının şəkilinin yayaraq onun saxlanılması haqda məlumat yayıb. O qeyd edib ki, qızının naməlum vəziyyəti ailəsi üçün nigaranlıq doğurur.

“Qızımı buraxın. Onun yeri bir mədəni fəal, öncül öyrənci və düşüncəli insan kimi təcridxana deyil, universitetdir”- deyə S.Rəfii İnstagram səhifəsində yazıb.

 

 

Mədəni fəalın yaxınlarının açıqlamasına görə, o bazar günü, günortadan sonra yaxalanıb. Tehran polisi onu məhkəmə hökmü ilə saxlayıb.

 

Hələlik fəalın hansı səbəbdən saxlandığı və ona qarşı irəli sürülən ittihamlarla bağlı heç bir məlumat yoxdur. Onun Evin zindanında ruhi və cismi işgəncələr altında saxlandığı ehtimal edilir.

 

Fotoqrafiya üzrə təhsil alan Pərisa Rəfii universitetdə mədəni və qanuni fəaliyətlərlə məşğul olur.

 

Son vaxtlar İranda məcburi hicaba etiraz bildirənlər və qadın haqları müdafiəçilərinə təzyiqlər artıb. Qadınlara təzyiqlər İranın digər bölgələrində də müşahidə olunur.

 

N.S


HƏMÇİNİN OXUYUN

HƏMÇİNİN OXUYUN