Qəzvində Süheyla Kargər 5 il həbs cəzasına məhkum edilib - GÖRÜNTÜ

Qəzvində Süheyla Kargər 5 il həbs cəzasına məhkum edilib - GÖRÜNTÜ

GünAz TV: Güney Azərbaycanın Qəzvin şəhərində azərbaycanlı milli-mədəni fəal Süheyla Kargər 5 il həbs cəzasına məhkum edilib.

 

Əldə etdiyimiz məlumata görə, Qəzvin İnqilab Məhkəməsinin 1-ci Şöbəsinin rəisi hakim Zoqi, qəzvinli fəalı “ölkə təhlükəsizliyini pozmağa cəhd göstərən qrupda üzv olmaq”da günahlandıraraq onu islam cəza qanununun 499-cu maddəsinə istinadən 5 il azadlıqdan məhrum edib.

 

Fəal təxminən 3 il öncə Teleqram sosial şəbəkəsində “Göy qurşağı” adlı kanal yaradıb, kanalda bir qrup fəal İranda etnik məsələləri və onların hüquqları barədə müzakirələr aparıblar. Məhkəmə sosial şəbəkədə aparılan müzakirələri təxribatçı qruplarla irtibatda olmaq, bölücülük və pantürkizm kimi qələmə verib, bu əsasda azərbaycanlı fəalı saxta ittihamla üz-üzə qoyaraq barəsində ağır hökm çıxarıb.

 

Azərbaycanlı fəal yaratdığı qrup və kanallarda Azərbaycan həqiqətləri ilə əlaqədar elmi-mədəni fəaliyyət göstərdiyi üçün 2016-cı il mayın 15-də Qəzvin təhlükəsizlik qüvvələri tərəfindən yaxalanıb və Tehran Evin zindanının 209-cü korpusuna aparılıb. Fəal 19 gün işgəncələr altında dindirildikdən sonra mülki vəsiqə qarşılığında sərbəst buraxılıb.

 

Əslən Xoy şəhərindən olan S.Kargər kompüter üzrə ali təhsillidir. O, 10-cu parlament seçkilərinə öz namizədliyini irəli sürmüşdür, lakin namizədliyi, Qəzvin Vilayəti İcra Şurası tərəfindən təsdiqlənsə də, İran Keşikçilər Şurası tərəfindən rədd edilərək qeydiyyata alınmamışdır.

 

Məhkəmə hökmü:

 

N.S

 


HƏMÇİNİN OXUYUN

HƏMÇİNİN OXUYUN