Səfiyyə Qarabağinin məhkəmə iclası təxirə salınıb

Səfiyyə Qarabağinin məhkəmə iclası təxirə salınıb

GünAz TV: Zəncan sakini azərbaycanlı milli-mədəni fəal Səfiyyə Qarabağinin məhkəmə iclası təxirə salınıb.

 

Məlumata görə, fəalın məhkəmə iclası iyunun 18-də Zəncan İnqilab Məhkəməsinin 1-ci Şöbəsində keçirilməli idi, lakin məhkəmə rəisi və 1-ci şöbənin əvəzedici hakimi işdə olmadığından proses ikinci dəfə olaraq təxirə salınıb.

 

S.Qarabaği yazıçı, qadın hüquqları fəalı və azərbaycanlı mədəni fəallardan biridir.

 

Fəal ötən il “sosial şəbəkələr vasitəsi ilə sistemin əleyhinə təbliğ etmək”, sözdə “fitnə cərəyanını dəstəkləmək” və “yalan məlumat yaymaq” ittihamı ilə Zəncan Ettelaat İdarəsi tərəfindən saxlanılmışdır.  Onun bu ittihamlarla üzləşməsi Beynəlxalq Ana Dili Günü saxlanılanları dəstəkləmək, qadın hüquqları pozuntularına etiraz etmək, ölkədə azadlığın olmaması və qadınlar haqda qəbul olunan qanunlara etiraz etmək, siyasi məhbuslara dəstək vermək, ədalətsizlik və ayrıseçkiliyə etiraz bildirmək və Mir Hüseyn Musəvinin atasının ölüm ilə bağlı yazılan başsağlığı mesajını imzalamaq kimi işlərlə əlaqədar olduğu bildirilib.

 

S.Qarabağinin “sosial şəbəkələr vasitəsi ilə sistemin əleyhinə təbliğ etmək” ittihamı ilə bağlı dosyesinə Zəncanın İnqilab Məhkəməsində, “yalan məlumat yaymaq və ictimaiyyəti təşvişə salmaq” ittihamı ilə bağlı olan dosyesinə isə Zəncanın Ümumi Məhkəməsində baxılır.

 

N.S


HƏMÇİNİN OXUYUN

HƏMÇİNİN OXUYUN