Şiva Mücərrəd noyabrda keçirilən etirazlarla bağlı məhkəməyə çağırılıb – Urmiyada

Şiva Mücərrəd noyabrda keçirilən etirazlarla bağlı məhkəməyə çağırılıb – Urmiyada

GünAz TV: Xəbər verdiyimiz kimi, ötən ay İran və Güney Azərbaycan şəhərlərində ölkədə hökm sürən bahalığa qarşı geniş etiraz aksiyaları keçirilib.

 

Etirazlar zamanı saxlanılıb bir gün sonra müvəqqəti azadlığa buraxılan xanım Şiva Mücərrədin Urmiya Məhkəməsinə çağırıldığı bildirilir.

 

O Məhkəmənin Elektron Sistemi tərəfindən dekabrın 14-də göndərilən çağırış vərəqəsinə əsasən özünü müdafiə etmək məqsədi ilə 5 gün ərzində Urmiya İnqilab Məhkəməsinin 6-cı şöbəsinə müraciət etməlidir.

 

Şiva Mücərrəd noyabrın 26-da kütləvi etirazlar zamanı öz ata evində saxlanılaraq Polis İdarəsinin Kəşfiyyyat Mərkəzinin təcridxanasına aparılmışdır. O bir gün saxlandıqdan sonra mülki vəsiqə qarşılığında müvəqqəti olaraq azadlığa buraxılıb.

 

Urmiya sakini qanunsuz yığıncağa qatılmaqla ictimai nizam-intizamı pozmaqda ittiham olunub.

 

Qeyd edək ki, noyabr ayında İranda keçirilən geniş etiraz aksiyaları ilə əlaqədar minlərlə etirazçı saxlanılıb, yüzlərlə aksiya iştirakçısı isə təhlükəsizlik qüvvələri tərəfindən qətlə yetirilib.

 

N.S

 


HƏMÇİNİN OXUYUN

HƏMÇİNİN OXUYUN