Təhlükəsizlik qüvvələri azərbaycanlı milli-mədəni fəalın evinə hücum edib – Tehranda

Təhlükəsizlik qüvvələri azərbaycanlı milli-mədəni fəalın evinə hücum edib – Tehranda

GünAz TV: Tehranda təhlükəsizlik qüvvələri azərbaycanlı milli-mədəni fəal xanım Xədicə (Turan) Həjəbrinin evinə daxil olaraq axtarış aparıblar.

 

Öncədən xəbərdarlıq etmədən evə girən təhlükəsizlik qüvvələri məhkəmə hökmü olmadan evə daxil olublar.

 

Məlumata görə, azərbaycanlı fəalın kompüter, mobil telefonu, oğlunun toy mərasiminin CD-ləri və İranda satışda olan qanuni kitabları höklumət qüvvələri tərəfindən zəbt olunub. Milli-mədəni fəalın ailəsinin də təhdidlərə məruz qaldığı bildirilir.

 

Adını çəkdiyimiz fəal Azərbaycan Milli Hərəkatında yaranan məlum ixtilaflar zamanı hər kəsi birliyə dəvət edirdi, lakin onun bu mövqeyi bəziləri tərəfindən yaxşı qarşılanmadı. Bu səbəbdən xanım fəal özlərini milli fəal adlandıran şəxslər tərəfindən virtual aləmdə təhdid və təzyiqlərə məruz qaldı.

 

Xanım Xədicə Həjəbri anti-milli cərəyana qarşı kəskin mövqeyi ilə seçilən bir fəaldır.

 

N.S


HƏMÇİNİN OXUYUN

HƏMÇİNİN OXUYUN