Tehran metrosunun qatarında 3 xanım baş örtüklərini açaraq qadınları həmrəyliyə və zülmə qarşı birgə mübarizəyə çağırıb - VİDEO

Tehran metrosunun qatarında 3 xanım baş örtüklərini açaraq qadınları həmrəyliyə və zülmə qarşı birgə mübarizəyə çağırıb - VİDEO

GünAzTV: Martın 8-də Tehran metrosunun qatarında 3 dənc xanım rejimin məcburi hicaba qarşı siyasətinə etiraz əlaməti olaraq baş örtüklərini açaraq, ölkə qadınlarını həmrəyliyə və onlara qarşı edilən zülmə qarşı birgə mübarizəyə çağırıblar.

 

Bütün dünya, Beynəlxalq Qadınlar Gününü qeyd etdiyi bir gündə baş örtüklərini açan hər üç xanım, qadınların yüksək insani şəninə riayət olunmasının vacibliyini vurğulayıblar. Onlar, qadınların hər hansı bir zülmdən qurtarmasına həsr olunan himn oxuyaraq, qadınları, onları məhdudlaşdıran əsarət zəncirlərini qırmağa, əl-ələ verərək daha azad və şən bir dünya qurmaq  uğrunda birgə mübarizəyə və  birlikdə irəliləməyə çağırıblar. Xanımların bu etirazı, qatardakı digər qadınlar tərəfindən alqışlanıb. Sərnişinlər, əl çalaraq başlarını açmış hər üç xanıma dəstək veriblər. Həmin xanımların sonrakı taleyi, onların rejim qüvvələri tərəfindən tutulub-tutulması barədə hər hansı bir məlumat yayılmayıb.

 

Xatırladaq ki, qadınların məcburi hicaba qarşı dinc etirazına təxminən iki ay yarım əvvəl (deyin 6-da) start verilib. Vida Müvəhhid adlı 31 yaşlı bir qadın, Tehranın İnqilab küçəsində baş örtüyünü açaraq hakimiyyətin qadınlara zorla qəbul etdirdiyi hicaba öz etirazını bildirib. O, göstərdiyi bu şücaətinə görə sosial şəbəkələrdə “İnqilab küçəsinin qızı” adı ilə məşhurlaşıb.

 

 

Son həftələr,  İranın müxtəlif şəhərlərində onlarla qadın “Məcburi hicaba yox” kampaniyasına qatılaraq, küçədə baş örüklərini açaraq hakimiyyətin məcburi hicab siyasətinə dinc etirazlarını bildiriblər. Bununla bağlı paytaxt Tehranda və digər şəhərlərdə onlarla qadın həbs edilib.

 

Qeyd edək ki, İranda ictimai yerlərdə baş örtüyünü açan qadınlara cinayət işi açılır. Belə qadınlar, həbs zamanı polis zorakılığına məruz qalır, həbsxanada müxtəlif təhqir, təzyiq və təhdidlərlə üzləşir, həbsə və pul cəriməsinə məhkum edilirlər.

 

VİDEO:

 

 

A.M


HƏMÇİNİN OXUYUN

HƏMÇİNİN OXUYUN