Ulduz Qasimi barəsində çıxarılan həbs hökmü elan olundu – Hökmün təsviri

Ulduz Qasimi barəsində çıxarılan həbs hökmü elan olundu – Hökmün təsviri

GünAz TV: Urmiyənin İnqilab Məhkəməsi azərbaycanlı milli-mədəni fəal Ulduz Qasimi haqda çıxardığı bir illik həbs qərarını rəsmi şəkildə elan edib.

 

Qondarma ittihamlar əsasında noyabrın 7-də çıxarılan məhkəmə hökmü noyabrın 13-də fəalın evinə göndərilib.

 

Fəal, qərar çıxarıldığı gündən 20 gün ərzində məhkəmə hökmünə etiraz edə bilər.

 

Bundan əvvəl məhkəmə hakim Səbirəli Çabok tərəfindən qiyabi olaraq çıxarılan qərarı yazılı şəkildə elan etməkdən imtina etmişdir. Hökm, fəal noyabrın 10-da Urmiyə İnqilab Məhkəməsinin 1-ci şöbəsinə müraciət etdiyi zaman şifahi olaraq açıqlanmışdır.

 

Fəal Fərzad Əsədpurun anım mərasimində iştirak edib və çıxış etdiyinə görə “sistemin əleyhinə təbliğat aparmaq” və “ölkənin təhlükəsizliyini pozmaq məqsədi ilə toplaşma və sözləşmə”də ittiham olunub. Fərzad Əsədpur 2006-cı il may hadisələrində (1385-ci il xordad hadisələri) canını fəda etmiş azərbaycanlı şəhidlərdən biridir.

 

Ulduz Qasimi mayın 25-də daha bir neçə fəalla birlikdə  Sulduzda saxlanmışdır. Fəallar 2006-cı ildə Milli Qiyam zamanı canlarını fəda etmiş sulduzlu şəhidlərin məzarı başında mərasim keçirmək istəmişdir. Xanım fəal təcridxanada quru aclıq aksiyası keçirdikdən sonra son dəfə sentyabrın 4-də 500 milyon tümənlik mülki vəsiqə qarşılığında sərbəst buraxılıb.

 

Son vaxtlar təhlükəsizlik qüvvələri Qasimi ailəsinə bir neçə dəfə zəng edərək onları təhdid edib, Ulduz Qasiminin məhkəməyə müraciət etməsini tələb etmişdilər.

 

Ulduz Qasimi bundan əvvəl də Azərbaycan türk millətinin demokratik və milli hüquqları uğrunda apardığı mədəni mübarizəyə görə müxtəlif təzyiqlərə məruz qalıb və dəfələrlə saxlanılıb.

 

 

N.S


HƏMÇİNİN OXUYUN

HƏMÇİNİN OXUYUN