Zəncan universitetlərinin öyrənci qurumları Pərisa Rəfiini dəstəkləyən Bəyanat yayıb

Zəncan universitetlərinin öyrənci qurumları Pərisa Rəfiini dəstəkləyən Bəyanat yayıb

GünAz TV: Güney Azərbaycanın Zəncan şəhərinin öyrənci qurum, dərnək və nəşriyyələri Tehran universitetinin öyrəncisi, zəncanlı Pərisa Rəfiini dəstəkləyən bəyanat yayıblar.

 

Pərisa Rəfii Tehran Universitetində apardığı mədəni fəaliyyətlərinə görə məhkəmənin ədalətsiz qərarı ilə üzləşib, o 7 il həbs və 74 şallaq zərbəsinə məhkum edilib.

 

21 yaşlı öyrəncini dəstəkləyən bəyanatda onun barəsində çıxarılan ədalətsiz qərara etiraz edilib.

 

“Çox təəssüflər olsun ki, bizim yaşadığımız yerdə həyat dərərsizdir, lakin kəfən yox! Burada qələm ən yaxşı gənclərin həyatını qarət edən yazının altını imzalayır.

 

Bu günlərdə Tehran Universitetinin 21 yaşlı öyrəncisi Pərisa Rəfii universiteti deyil, 7 illik həbs cəzası ilə bağlı Apelyasiya Məhkəməsini gözləməkdədir. Oğrular və beytul-malı qarət edənlərin yeri olan zindan indi yaxşı və azadlığa layiq olan insanların yerinə çevrilib.

 

Pərisa 74 şallaq zərbəsinə məhkum edilib. Ona görə ki, o yataqxana ilə bağlı ayrı-seçkiliklərə etiraz edib. Bizim bu qəddarlıqdan canımıza lərzə düşdü, lakin hökmü imzalayan əl titrəmədi.

 

Biz əliboş şəkildə öz hüquqlarımızı müdafi edərək Pərisa Rəfii və digər günahsız insanların təqibinin dayandırılması və irəli sürülən ittihamların geri götürülməsini tələb edirik. Biz gur səslə bildirilik ki, heç bir öyrəncinin qanun çərçivəsində olan mədəni və siyasi fəaliyyətinin cavabı zindan ola bilməz! Ölkə konstitusiyasına uyğun fəaliyyətlər suç sayılmır, əsas süç öyrəncini universitetin önündə oğurlayaraq onu 23 gün naməlum yerdə saxlamaqdır. Universitetə qanunsuz müdaxilələri dayandırın və dəbul edin ki, yanaşmanız və davranışınızlarınıza əsaslı şəkildə yenidən baxmalıdır”- deyə bəyanatın bir hissəsində qeyd olunub.

 

Bəyanatı imzalayanlar:

Zəncan Universitetinin Öyrənci İslam Qurumu, Zəncan Universitetinin Siyasət və Mədəniyyət Qurumu, Zəncan Tibb Universitetinin Öyrənci İslam Qurumu, İşraq Dərnəyi, Sayə Dərnəyi, Simorğ Dərnəyi, Teatr Dərnəyi, 16 Azər Nəşriyyəsi, Cümhuri Nəşriyyəsi, Radikal Nəşriyyəsi, Rəsa Nəşriyyəsi, Zəngin Nəşriyyəsi, Sare Nəşriyyəsi, Sərv Nəşriyyəsi, Hoviyyəttələb Nəşriyyəsi.

 

N.S


HƏMÇİNİN OXUYUN

HƏMÇİNİN OXUYUN