کمپین اعتراضی و امضا به گزارش اشتباه فاحش سازمان حقوق بشر در رابطه با ترکیب جمعیتی استان آذربایجان غربی

کمپین اعتراضی و امضا به گزارش اشتباه فاحش سازمان حقوق بشر در رابطه با ترکیب جمعیتی استان آذربایجان غربی

کمپین اعتراضی و امضا به گزارش اشتباه فاحش سازمان حقوق بشر در رابطه با ترکیب جمعیتی استان آذربایجان غربی

گفتنی است  سازمان حقوق بشر در گزارش ماده 94 خود ترکیب جمعیتی استان آذربایحان غربی را به اشتباه و بدون درج منبع گزارش داده است که اکثریت استان آذربایجان غربی را کردها تشکیل داده اند

شما میتوانید با وارد شدن به لینک پایین و نوشتن نام و ایمیل خود اعتراض خود را نشان دهید

 

 https://www.ipetitions.com/petition/ethnic-minorities-in-north-west-of-iran?fbclid=IwAR1pCi0SLHWPG_ukgVdFmtPOuTn5OKCze-c4TK82TTRVq6J_NUg6Lgk2pdM

 

 

Etiraz kompaniyasının Türkcəsini oxuya bilərsiniz

İranda əyalətlər arasında irqi müvazinəti (uyuşma = ahəngdarlıq) saxlamaq üçün sizə səslənirik ki, etirazınızı qaldırasınız. Etniklər arasıda olan indiki dinc durum daha ciddi təhlükəyə məruz qalmaq üzrədir. Bu da BMT-nin buraxdığı raportda (Raportun adı: İran İsllam Respublikasında insan haqlarının durumu) bir sətir arası iddiadan irəli gəlir. Bu kampaniyaya qoşulmanızı tövsiyə edirik. Ümid edirik ki, sizin qol çəkməyiniz sülhə meydan açsın.

Bu Kampaniya

Biz, aşağıda qol çəkənlər, sizin raportunuza müraciət edirik (Raportun adı: İran İslam Respublikasında İnsan Haqlarının Durumu). Bu raport BMT-nin Baş Assembliyası üçün 40/18 Qət’ənaməsi hesabına hazırlanmış və Avqust 2019-da buraxılmış.

Diqqətimizi bu raportun Maddə 94-ündə yerləşən bir sətir arası iddiaya tuşlamaq istərdik. Buradan belə çıxır ki, güya bir müəyyən etnos (budun = ‘Qövm’ – yə’ni Kürdlər) müəyyən bir əyalətdə (yə’ni Qərbi Azərbaycanda) çoxluq təşkil edir. Lakin bu bir təhrifdir. Diqqətinizə çatdırmaq istərdik ki, sözü gedən  Maddə həm iradlara həm də ciddi zərərlərə yol verməkdədir.

Ciddi iradlara daxil bunları qeyd etmək olar:

  • Sətir arası iddia, öz qaynağını qeyd etməkdən boyun qaçırmış.
  • Sətir arası iddia, gərəkən etnoslar ilə məsləhətləşmə barəsində heç nə deməmiş; məsləhəçilər haqqında da bilgi verməmiş; üstəlik məsləhətçilər də sətir arasında gedən iddianı nədənsə aradan qaldırmamışlar.
  • Hər zaddan qabaq, bu iddia əsassızdır ona görə ki, İran dövləti İranda etnosların tərkibi xüsusda statistik bilgi verməkdən rəsmən boyun qaçırar və nəticədə bu sətir arası iddia uydurmadır. Təəssüflə, bu kimi uydurma iddia bu raportda dilə gəlincə, ondan sonra müraciət qaynağı kimi olunacaq.
  • Üstəlik, bu Maddə minadan ziyan-çəkənlərə görə həsr olunmuş lakin bu sözü gedən iddia göydən sankı paraşut ilə Maddə 94-ə bilərəkdən endirilib, nəyinki Maddə 86-90-a (axı bu Maddələr İran Kürdlərinə həsr olunmuş, nəyinki minadan zərər çəkənlər üçün). Bu sətir arası iddia raportunuzu bednamçılığa gətirib çıxarmırmı? İndi bu bir təcili məsələyə çevrilmiş və dərhal düzəliş tələb edir, yoxsa BMT yalançı iddialar təşviqində amil kimi görünəcək.

Sizin qayğılı diqqətinizi Maddə 94-ün yürüdəcək zərələrinə yönəltmək istərdik. İndi sətir arası iddia Azərbaycanlıları zərərə məruz edir. Elə indidən təpədən-dırnağa yaraqlanmış ifratçılar bu iddianı oyuna çevirmişlər. Bunlar bir tərəfdən dik-dik danışır və o biri tərəfdən İran səlahiyyətli məqamlar ilə fitnəyə meydan açırlar. Bu sətir arası iddia İran məqamlarına və yaraqlı ifratçı dəstələrə bölgədə irqi çaxnaşma yaratmaq üçün bir töhfə idi. Gəlin bu sətir arası iddianın yürüdə biləcək zərərlərə yekun vuraq: nədənsə fəlakət elə İrandakı Azərbaycanlılara yönəlir və təəssüflə sizin raport bu sürəcdə tetik hadisəsi kimi görünəcək.

Eləcə də, Maddə 79-da İranda Azərbaycan millətinin əhali sayını qeyd edir lakin verilən rəqəm xalq tərəfindən qəbul olunmuş rəqəmin heç yarısı da belə deyil. Bu Maddə də həm qaynağını və həm də qabaqkı araşdırmaları qeyd etməkdən boyun qaçırır.

İnanırıq ki, BMT bir rəsmi məqam olaraq və ümumxalq vəzifələri ilə qüvvəyə minərək, buraxdığı bilgilər üzrə vəzifəlidir ki, saxladığı və buraxdığı verilənlər (data) hökmən qaynaqlanmış və dəqiq olmalıdır. Aşkardır ki, yuxarıdakı sadalanmış iki Maddə raportunuzu rusvay edir. Qeyd edək ki, ən azı biz də sizin öz sənədləriniz üzrə haqlarımızı bilir və sizə xatırlatmaq da istərikş Misal üçün BMT-nin buraxdığı: Bilgi Üzrə Sərbəstlik, Brisban Bildirgəsi (2010) raport da var ki, haqlarımızı qeyd edir.

Biz, aşağıda qol çəkənlər, birgə səslənirik ki, bölgədə irqi uyuşma (ahəngdarlıq) saxlanmalıdır, lakin bu üstdə qeyd olunmuş sətir arası iddia hesabına böyük bir təhlükə əmələ gəlmək üzrədir. Biz tələb edirik ki, raportunuz Baş Assembliyada təqdim olunmadan lazımi düzəlişlər verilsin: Maddə 94-dən “çoxluq” sözü atılsın. Eleəcə də, tələb edirik ki, Maddə 79dan xatalı əhali sayımı silinsin; yaxud, Azərbaycanlıların kütləvi inandıqları 30 milyondan çox rəqəm də qeyd olunsun.

 

 


بیشتر بخوانید

بیشتر بخوانید