Axundovun əlifba iztirabları.İbrahim Sel

۱۳۸۷-۰۳-۲۷ ۲۲:۵۸
İbrahim Sel [email protected]/* */ Axundovun əlifba iztirabları Azərbaycan yazısını asanlaşdırmaq üçün əlifbada dəyişiklik etmək ideyası ilk dəfə 19-cu əsrdə meydana çıxmışdı. İdeyanı irəli sürən böyük mütəfəkkir Mirzə Fətəli Axundov ərəb əlifbasının Azərbaycan yazısı üçün yararsız olduğunu göstərərək deyirdi: «Ərəblər bizim minillik səltənətimizi zavala uğratdılar; şan-şövkətimizi bada verdilər, vətənimizi xarabazara çevirdilər və bütün bunlara əlavə olaraq, bizim boynumuza elə bir əlifba da bağlamışlar ki, onun sayəsində hətta adi savad sahibi olmaq belə bizim üçün ən çətin işlərdən olmuşdur». M. F. Axundov ərəb əlifbasında sait səslərə aid hərflərin olmamasını, yəni bir-birinə oxşamasını, nöqtələrin çoxluğunu, hərflərin bitişərək müxtəlif formaya düşməsini nöqsan hesab edirdi. O, həmin əlifanın xüsusilə tədris üçün yaramadığını, çox ağır olduğunu göstərərək deyirdi ki, bu əlifbanı 3-4 ilə ancaq öyrənmək olur, ilk gündə əlifbanı öyrənmək uşağa riyaziyyatı öyrənməkdən çətin gəlir, elə buna görə də uşaq bezir və ona nifrət edir. Axundov ərəb əlifbasının bütün çatışmazlıqlarını müəyyən etdikdən sonra yeni bir əlifba layihəsi üzərində çalışmağa başladı. Həmçinin o, təkcə Azəraycan yazısını deyil, ümumiyyətlə, ərəb əlifasından istifadə edən bütün xalqların yazılarını asanlaşdırmağı nəzərdə tuturdu. O, bu haqda yazırdı: «Son zamanlar islam əlifbasının ərəb, fars və türk dillərinin yazılışı və oxunmasındakı nöqsanlarını müşahidə edərək, həmin dillərin öyrənilməsini asanlaşdırmaq məqsədilə islam yazı qaydalarını dəyişdirməyi lazım bildim». Böyük mütəfəkkir əlifba islahatını dövrün ən vacib işlərindən hesab edirdi. O, bu məsələyə ciddi yanaşmağı tələb edir və öz xüsusiyyətlərinə görə mövcud ərəb əlifbasından fərqli olan, tədris, nəşriyyat işlərini asanlaşdıra bilən əlifba yaratmağı lazım bilirdi. Buna görə də o, deyirdi: «… bizə elə bir əlifa ixtira etmək lazımdır ki, onun nəticəsində üç məqsədə çatmaq mümkün olsun. Yəni birinci- asan oxumaq; ikinci- asan yazmaq; üçüncü- asan çap etmək. Ancaq elə olduqda köhnə əlifbanı dəyişdirmək vacib işlərdən sayıla bilər». Axundov yazımızı asanlaşdırmaq uğrunda 20 ildən artıq inadla çalışdı. Onun bu sahədəki fəaliyyətini iki mərhələyə bölmək olar: İlk mərhələdə Axundov ərəb əlifbasında islahat aparmaq məqsədini qarşıya qoymuşdu. Sonrakı mərhələdə isə o, ərəb əlifbasından tamamilə əl çəkmək tələbini irəli sürdü. Birincə mərhələdə Axundov «ərəb əlifbasını dəyişdirmək, ona sait hərflər əlavə etmək, nöqtələri atmaq yolu ilə yeni bir əlifba layihəsi tərtib etmək» fikrini irəli sürmüşdü. Həmin məqsədlə o, ərəb əlifbasının islahı üçün layihə hazırlamışdı. Bu layihədə köhnə ərəb əlifbası saxlanılmış, lakin onda bir sıra yeniliklər edilmişdi. Yeni əlifbanın necə tərtib edilməsi prinsipləri haqqında məktublarının birində deyirdi: «… bütün nöqtələri atdım, indiyə qədər yazılmayan sait səsləri əlifbaya daxil etdim, onların hər birisi üçün gözəl şəkillər ixtira etdim. Əlifbanı çatışmayan hərflərlə tamamladım, hərflərin hər birisi üçün nöqtələrin köməyi olmadan bir şəkil tapdım…» Axundov bu yeni əlifa layihəsini Avropanın beş mühüm dövlətinə və İrana göndərmişdi. 1863-cü ildə isə özü Türkiyəyə getmiş və əlifba layihəsini dövlət başçılarına vermişdi. Türkiyədə yeni əlifba layihəsi müzakirə olunarkən ciddi mübahisələr meydana çıxmış və bu layihənin bəzi cəhətləri bəyənilməmişdi. Axundovun özünün dediyi kimi, Türkiyədən kədər və təəssüflə qayıtmağa məcbur olmuşdu. Lakin bu müvəffəqiyyətsizlik onun iradəsinə əks təsir göstərə bilmədi. Bütün çətinliklərə baxmayaraq, o, öz fikrindən əl çəkmədi və həmin sahədəki fəaliyyətini yenə davam etdirdi. Türkiyədən qayıtdıqdan sonra əlifbanın daha bir sıra vacib cəhətləri üzərində düşünməyə başladı. O, əvvələr əlifbaya ancaq saitlərə hərf artırmaq, nöqtələri çıxarıb atmaq, hər hərfə xüsusi şəkil düzəltməklə kifayətlənmişdisə, sonra bunlardan əlavə, hərfin sözdə bitişik yazılmamasını də lazım görürdü. Lakin Axundov bu məsələdə işə çox həssaslıqla yanaşırdı, hərfin söz tərkibində bir növ bitişməsinə deyil, onun qrafik quruluşunun dəyişdirilərək bitişik yazılmasının da əleyhinə idi. O, hərflərin quruluşunda dəyişiklik edilmədən sözdə onların bir-birinə bitişməsini sürətlə yazmaq vasitəsi hesab edir və bu xüsusda deyirdi: «… müxtəlif şəkillər (yəni hərflər) yazının sürətlə yazılması xatirinə əsl tərkibini itirmədən bir-birinə bitişsələr və bu bitişmə əlaməti hərfin tərkib hissəsi hesab olunmayıb, sürətlə yazmaq vasitəsi olarsa, mətləbə xələl yetirməz». Axundov ərəb əlifbasının islahına dair bir neçə layihə tərtib etmişdi. Bütün bu layihələrdən əsas məqsəd yazını sadələşdirmək və xalqın asan və tez savadlanmasına şərait yaratmaq idi. O, əlifba məsələsi üzərində daim düşünür, daha asan bir əlifba yaratmağa çan atırdı. İkinci mərhələdə Axundov ərəb əlifbasını islah etmək yox, onu başqası ilə, xüsusən soldan sağa yazılan əlifba ilə dəyişdirmək fikrinə gəlir. O, xəttin sağdan sola çəkilməsinin yazını çətinləşdirən vasitələrdən biri olduğunu göstərərək deyirdi: «… biz bunu bilməliyik ki, hər cür xəttin sol tərəfdən sağ tərəfə çəkilməsi onun sağdan sola çəkilməsindən asandır. Kağız üzərində səttarə qoyub, cədvəl çəkənlər bu fikrin doğru olduğunu təsdiq edə bilərlər. Buna görə də yazını sağdan sola yazan biz müsəlmanlar öz-özümüzü çətinliyə düçar etmişik». Axundov sillabik xətli ərəb əlifbasının hərflərindən imtina edərkən ancaq sağdan sola yazılan alfabeti-xətli əlifbanın hərflərini qəbul edirdi. O, bu haqda deyir: «Soldan sağa yazılıb oxunan, sözlərin tərkibində bütün sait hərfləri samitlər sırasına daxil edilən və bütün nöqtələri atılmış alfabeti əlifbadan başqa heç bir xəttin hərflərini qəbul etmirəm və heç vaxt qəbul etməyəcəyəm». M. F. Axundov Avropa xalqları əlifbasından əsasən latın hərflərinin qəbul edilməsini lazım bilirdi və buna dair layihə də hazırlamışdı. Onun yeni əlifbası 42 işarədən ibarət idi. Bunlardan 32-si samit, 10-u isə sait səslərə aiddir. Yeni əlifba uğrunda böyük insan çox ağır zəhmətlər sərf etdi və məqsədinə nail olmaq üçün bütün imkanlara əl atdı. Lakin ciddi maneələrə rast gəldiyi üçün o dövrdə yeni əlifba qəbul edilmədi. Uzaqgörən mütəfəkkir öz zəmanəsində baş tutmayan bu gözəl ideyanın həyata keçirilməsini gələcək nəsillərə tapşırmışdı. ALMA
Post | Gunaz article thumb

به اشتراک بگذارید :

Post | Gunaz article social Post | Gunaz article social Post | Gunaz article social Post | Gunaz article social Post | Gunaz article social Post | Gunaz article social
دیدگاه‌ها
نوشتن دیدگاه
gun az article

تراز دریاچه ارومیه 55 سانتیمتر کاهش یافت

۱۴۰۰-۰۳-۳۰

gun az article

فسخ رسمی قرارداد دو بازیکن مطرح تراکتور آذربایجان در آستانه دیدار با پیروزی

۱۴۰۰-۰۳-۳۰

gun az article

آرزوی قتل‌عام دوباره مردم اورمیه بدست سیمیتکو توسط هواداران گروههای تروریستی کُردی

۱۴۰۰-۰۳-۳۰

gun az article

آتش سوزی گسترده در منطقه جنگلی پیرداود ورزقان

۱۴۰۰-۰۳-۳۰

gun az article

ويدئوـ گوناز تی وی ۲۹ خرداد ۱۴۰۰: شستشوی مغزی با بی توجهی به پیش‌نیازهای لازم برای استقرار دموکراسی

۱۴۰۰-۰۳-۳۰

gun az article

تورم خوراکی‌ها در ایران: ۲۳۲ درصد!

۱۴۰۰-۰۳-۲۹

gun az article

انتخابات ششمین دوره شورای شهر ارومیه - ماشااله رزمی

۱۴۰۰-۰۳-۲۹

gun az article

گوناز تی وی ۲۹ خرداد ۱۴۰۰: غیاب و حضور در رئالیسم (ملاحظات)

۱۴۰۰-۰۳-۲۹

gun az article

با پایان مرخصی؛ فعال ملی آذربایجان؛ «سالار طاهرافشار» به زندان بازگشت

۱۴۰۰-۰۳-۲۹

gun az article

بدهی ۳۰ میلیاردی وزارت نیروی حکومت ایران به دریاچه ارومیه

۱۴۰۰-۰۳-۲۹

gun az article

گوناز تی وی ۲۹ خرداد ۱۴۰۰: قاضی اعدام هشتمین رئیس جمهور ایران اعلام شد

۱۴۰۰-۰۳-۲۹

gun az article

سولدوز هم حماسه آفرید: لیست نهایی منتخبین شورای شهر سولدوز اعلام شد

۱۴۰۰-۰۳-۲۹

gun az article

وکیل مدافع دانشمند آذربایجانی محکوم به اعدام: «به شدت نگران وضعیت موکلم هستم»

۱۴۰۰-۰۳-۲۹

gun az article

تیکان تپه هم حماسه آفرید: لیست نهایی منتخبین شورای شهر تکاب (تیکان تپه)/تکمیلی

۱۴۰۰-۰۳-۲۹

gun az article

فوری؛ توطئه نماینده خائن تکاب برای دستکاری نتیجه انتخابات شورای شهر به  نفع کُردها

۱۴۰۰-۰۳-۲۹

gun az article

آتش زدن بنرهای کاندیدهای تورک در اورمیه توسط اقلیت مهاجر توسعه طلب کُرد + فیلم

۱۴۰۰-۰۳-۲۹

gun az article

یکی از سرکردگان گروه تروریستی پ.ک.ک توسط ترکیه در مرز ایران دستگیر شد

۱۴۰۰-۰۳-۲۹

gun az article

آیت الله اعدام پیروز انتخابات ایران اعلام شد

۱۴۰۰-۰۳-۲۹

gun az article

خبر فوری: لیست نهایی منتخبان شورای شهر اورمیه منتشر شد/تکمیلی

۱۴۰۰-۰۳-۲۹

gun az article

رهبر کره شمالی می‌گوید کشورش بايد برای مذاکره و یا رویارویی با آمریکا آماده باشد

۱۴۰۰-۰۳-۲۹