TÜRKün azadliq rəmzi sayılan, QURD totəminin haqqında bəzi bilgilər

۱۳۸۷-۰۲-۱۱ ۲۱:۱۵
Qurd haqqında bəzi bilgilər Azərbaycan Türklərinin xilas, azadlıq, qurtuluş rəmzi sayılan QURD totemi hər kəsdən öncə bizlərə əzizdir. Təsadüfi deyil ki, cəmi Türklərin xarakterik xüsusiyyətlərinin bir çoxu Qurd psixologiyası üzərində qurulub və hardasa onu xatırladır. Qurdun hansı xüsusiyyətləri şüurlu insanın davranışına yaxındır? Bu sual təkcə müasir dövrün elm adamlarını deyil, hamını düşündürür. İlk növbədə qeyd edək ki,... Bu gün dünyada qurdla bağlı külli miqdarda yer adı, adət-ənənələr, mərasimlər vardır ki, bu da Qurdun insan yaddaşında özünə yer tutmasını, bu nadir canlının həqiqətən cəsarət, mərdlik, düzgünlük, həmçinin, azadlıq simvolu olmasını göstərir. Əgər Amerikada yaşayan Mayya tayfaları bu gün də Qurda sitayiş edirsə, Romanın simvolu kimi Qurd qəbul edilirsə, demək, qurdlar heç də insanlara zərər verən yox, əksinə, dünyamızı əyriliklərdən təmizləmək kimi Tanrı missiyasını öz üzərinə götürmüş bir canlıdırlar. Odur ki, Qurdların insan düşüncəsi ilə qəbul edilən müsbət cəhətlərini sadalamaq, bir növ Dünyamızı qurdların varlığına inandırmaq istərdik. Hər halda, Azərbaycan Türklərinin xilas, azadlıq, qurtuluş rəmzi sayılan QURD totemi hər kəsdən öncə bizlərə əzizdir. Təsadüfi deyil ki, cəmi Türklərin xarakterik xüsusiyyətlərinin bir çoxu Qurd psixologiyası üzərində qurulub və hardasa onu xatırladır.Qurdun hansı xüsusiyyətləri şüurlu insanın davranışına yaxındır? Bu sual təkcə müasir dövrün elm adamlarını deyil, hamını düşündürür. İlk növbədə qeyd edək ki, 1. Qurd yeganə yırtıcı heyvandır ki, onu əhliləşdirmək mümkün deyil. Qədim Azərbaycan Türk el məsəlində deyilir: "QURDU NƏ QƏDƏR ƏHLİLƏŞDİRSƏN, GÖZÜ YENƏ MEŞƏYƏ BAXACAQ". 2. İlk qeydimiz isə özü ilə aşağıdakı məntiqi nəticəni gətirir: QURD hər zaman azadlığa can atır, onu qəfəsdə əbədi saxlamaq, zəncirləmək mümkün deyil. Qurdun evi meşələr olduğu üçün o hər hansı bir imkan düşüncə qəfəsini dağıdıb özünü "ev"inə çatdıracaq. Çünki o özünü yalnız öz evində sərbəst, azad hiss edir. 3. QURDlar hər zaman sürü ilə ömür sürürlər. Ova gedərkən, balalarını yem və yeni yaşayış yerləri ilə təmin etmək istərkən, eyni zamanda, digər yırtıcılardan öz evini, balalarını qoruyarkən QURD heç zaman təkbaşına hərəkət etmir. Sürü onun üçün kollektiv özünümüdafiə xarakteri daşıyır. Qurd qurdluğu ilə dərk edir ki, tək əldən səs çıxmaz və yalnız öz növündən olanla birləşdikdə qurd özündən qat-qat güclü olan istənilən canlını məhv etmək iqtidarında olur. Hər hansı bir kütləvi kənar təsir olan zaman QURD ulamaqla öz növündən olanları birləşməyə səsləyir. 4. QURD təbiətdəki qeyri-kamil olan hər şeyə qarşı dözümsüzlüyü ilə seçilir. Xəstəlik mənbəyi olan hər bir şeyi dağıtmağa hazırdır. Məhz bu cəhətinə görə qurdlar "təbiətin ən sadiq övladı" adlanırlar. Hətta yeni doğulmuş balasının şikəst yaxud zəif olduğunu görüncə QURD onu parçalayıb digər balalarına yedirdir. Bu baxımdan Qurdlar ən sağlam canlılardan sayılırlar. Qoyun sürüsünə soxulan zaman Qurd ilk növbədə xəstə, zəif qoyunları "qaralayır". Qurdların parçaladığı heyvanların əksəriyyəti üzərində aparılmış tədqiqatlar göstərib ki, onların təqribən 90%-i xəstə, şikəst, zəif yaxud cəmiyyətə yararlı olmayan canlılardır. 5. Qurdu heç nə ilə qorxutmaq mümkün deyil. Qurbanının üzərinə hücum edərkən QURD ilk növbədə onun gözlərinə baxmağa və beləliklə də qarşısındakının qorxub-qorxmadığını, həmçinin, ona qarşı düşmən mövqedə durub-durmadığını dəqiqləşdirir. Əgər onun qarşısındakı canlı (fərq etməz bu canlı heyvandır yoxsa insan) özünü itirərək qorxuya düçar olursa, demək, Qurd onu zərərsizləşdirəcək. Və həmçinin, əgər həmin canlı Qurddan qorxmursa və üstəlik də ona qarşı əks həmləyə hazırlaşırsa, bu da Qurdun gözündən yayınmır. Qurd beləsi ilə "kişi kimi" vuruşmağa hazırdır və bu döyüşdə güclü olan da qələbə çalacaq. Yeganə çıxış yolu qurddan qorxmadığını və eyni zamanda, ona qarşı həmlə etmək istəmədiyini göstərməkdir. Bu zaman həmin canlı Qurdun özünəməxsus ulartısını (Tanrıya müraciət) eşidəcək və Qurdun sakitcə çəkilib getməsinin şahidi olacaq. Hər halda, müşahidələr deyilənləri tam təsdiqləyir. Qədimdə Azərbaycan kişisi qeyri-adi qorxmazlıq, igidlik göstərib hamıdan seçilərkən ona belə deyərdilər: "Sən lap qurd ürəyi yeyibsən". 6. QURD ailəsinə, evinə sadiqdir. Balalarının, "xanım"ının yolunda canını qurban verməyə hazırdır. Dişisi ölən qurd ömrünün sonuna qədər başqa bir dişi ilə "evlənmir". Bu cür yalnız həyat tərzi Qurdlara YALQUZAQ adının da verilməsinə səbəb olub. Bununla belə, qeyd etmək lazımdır ki, Yalquzaq adi qurddan daha təhlükəlidir, çünki qəzəbləndikdə həyatın və təbiətin qanunları onun vecinə olmur. Bədbin təəssürat oyadan bu tip Qurdlar canı qədər sevdiyi ailəsinin "dağılması"nı, övladlarının, dişisinin ölməsini gördükdə bəlkə də bundan sonra həyatda nə üçün yaşadığını anlamır və "sağlam düşüncə"yə münasibətdə laqeydləşir. Burdan da aydın olur ki, ailə QURD üçün uğrunda özünü fəda etməli olduğu bir obyektdir. 7. Qurdun azadlıq sevən canlı olduğunu onun daha bir xüsusiyyəti sübut edir: pəncəsi tələyə düşən QURD öz pəncəsini dişləri ilə didib-dağıdaraq özünü tələdən qurtarır. 8. Tanrıya sevgi qurdun qanındadır. Üzü hər zaman Tanrıya doğru olan QURD ağzını göyə tutub uladıqda belə gözlərini yumur, bir növ "daxilən saflaşır" və "Tanrıya məxsus olduğunu" göstərir. Qurd hər zaman yüksək zirvələri sevir, bəlkə də bu Tanrıya daha yaxın olmaq istəyindən irəli gəlir. Hər halda, hansısa bir təpənin üstündə qürurla dayanmış və göylərə baxan Qurd təsviri Türklərin əsas simvollarından biri hesab edilir. 9. QURDlar kütləvi şəkildə ulayarkən heç bir canlı onlara yaxın düşə bilməz. Bu, onları ?Tanrıya ibadətdən ayırmaq? deməkdir və onlar bununla heç vaxt razılaşmırlar. 10. QURD ən çox qarışıq "nigah"dan dünyaya gələn canlılara nifrət edir. Qan təmizliyi Qurd üçün ən vacib amillərdən biridir və qurd bu baxımdan hibrid canlıları, ələlxüsus da qatırı, çaqqalı, kaftarı bir növ "təbiətin səhvi" sayır. 11. Dişisini başqa bir erkək heyvanla görən QURD öz dişisini parça-parça edir, digər erkək canlıya isə çəkilib getməyə imkan verir. Həmin erkək canlı qurdun gözünün düşmənidirsə, deməli, o da Qurdun qəzəbindən qurtula bilməyəcək. 12. Yaşadığı əraziyə, ailəsinə, öz növündən olan digər qurda təcavüz edilərkən qəzəbli Qurdun qarşısını heç bir canlı ala bilmir, hətta Aslan belə qisas hissi ilə hərəkət edən Qurddan çəkinərək qaçır. 13. Sürü ilə ovdan dönərkən, düşmən saydıqları canlıların üzərinə gedərkən və s. sürüdən geri qalan Qurdu "dəstə rəhbəri" parçalayır ki, rəqibin "əsirinə çevrilməsin". Bu misalların sayını istənilən qədər artırmaq olar. Sadaladığımız bütün xüsusiyyətlər Qurdun insana bənzər bir şəkildə, instinktiv formada hərəkət etməsini təsdiq edir. Türk Soyu hələ min illər öncə özünə simvol seçdiyi QURDun bir sıra müsbət keyfiyyətlərini özündə cəmləşdirib. Yuxarıda sadaladığımız xüsusiyyətlərin böyük əksəriyyətinə Azərbaycan və Anadolu Türklərinin, habelə, Türkmənlərin psixologiyasında rast gələ bilərik. Türklər hər zaman azad və sərbəst olmağa, öz dövlətinə, ailəsinə sadiq qalmağa, kollektivin rəyi ilə hesablaşmağa, dar gündə özünü kollektivin bir üzvü kimi görməyə üstünlük veriblər. Türklər o dərəcədə qorxmaz olublar ki, İslamın 2-ci xəlifəsi Ömər onlar haqqında belə deyib: "Türkü yaraladınsa, hökmən onun işini bitir. Əks təqdirdə o əlinə düşən ilk imkanda geri qayıdacaq və sizə o zaman aman olmayacaq. Onlar geri çəkilməyi, uduzmağı qəbul etmirlər". Sonuncu dini insanlara təlqin edən Həzrəti-Məhəmməd isə ərəblərə xitabən bunları söyləyib: "TÜRKLƏR SİZƏ TOXUNANADƏK ONLARA TOXUNMAYIN." Bu gün bütün dünyaya aydındır ki, İslamı bir din kimi yaşadan da məhz Türklər olublar. İslam dini məhz onların hesabına özünü qoruyub saxlayıb. İslama Ayparanı da ilk dəfə Türklər əlavə ediblər. Ayparanın bir simvol kimi qəbul edilməsi isə Boz Qurd Əfsanəsi ilə sıx bağlıdır. Tanrının insanlara göndərdiyi sonuncu dinin xilaskarı kimi Türklər özlərinin "Tanrı Milləti" olduqlarını dəfələrlə sübut ediblər. Odur ki, Tanrıya tapınan Boz Qurd simvolu hər zaman Türklərlədir və onları bir-birindən ayırmaq mümkün deyil. www.35000000.com
Post | Gunaz article thumb

به اشتراک بگذارید :

Post | Gunaz article social Post | Gunaz article social Post | Gunaz article social Post | Gunaz article social Post | Gunaz article social Post | Gunaz article social
دیدگاه‌ها
نوشتن دیدگاه
gun az article

تراز دریاچه ارومیه 55 سانتیمتر کاهش یافت

۱۴۰۰-۰۳-۳۰

gun az article

فسخ رسمی قرارداد دو بازیکن مطرح تراکتور آذربایجان در آستانه دیدار با پیروزی

۱۴۰۰-۰۳-۳۰

gun az article

آرزوی قتل‌عام دوباره مردم اورمیه بدست سیمیتکو توسط هواداران گروههای تروریستی کُردی

۱۴۰۰-۰۳-۳۰

gun az article

آتش سوزی گسترده در منطقه جنگلی پیرداود ورزقان

۱۴۰۰-۰۳-۳۰

gun az article

ويدئوـ گوناز تی وی ۲۹ خرداد ۱۴۰۰: شستشوی مغزی با بی توجهی به پیش‌نیازهای لازم برای استقرار دموکراسی

۱۴۰۰-۰۳-۳۰

gun az article

تورم خوراکی‌ها در ایران: ۲۳۲ درصد!

۱۴۰۰-۰۳-۲۹

gun az article

انتخابات ششمین دوره شورای شهر ارومیه - ماشااله رزمی

۱۴۰۰-۰۳-۲۹

gun az article

گوناز تی وی ۲۹ خرداد ۱۴۰۰: غیاب و حضور در رئالیسم (ملاحظات)

۱۴۰۰-۰۳-۲۹

gun az article

با پایان مرخصی؛ فعال ملی آذربایجان؛ «سالار طاهرافشار» به زندان بازگشت

۱۴۰۰-۰۳-۲۹

gun az article

بدهی ۳۰ میلیاردی وزارت نیروی حکومت ایران به دریاچه ارومیه

۱۴۰۰-۰۳-۲۹

gun az article

گوناز تی وی ۲۹ خرداد ۱۴۰۰: قاضی اعدام هشتمین رئیس جمهور ایران اعلام شد

۱۴۰۰-۰۳-۲۹

gun az article

سولدوز هم حماسه آفرید: لیست نهایی منتخبین شورای شهر سولدوز اعلام شد

۱۴۰۰-۰۳-۲۹

gun az article

وکیل مدافع دانشمند آذربایجانی محکوم به اعدام: «به شدت نگران وضعیت موکلم هستم»

۱۴۰۰-۰۳-۲۹

gun az article

تیکان تپه هم حماسه آفرید: لیست نهایی منتخبین شورای شهر تکاب (تیکان تپه)/تکمیلی

۱۴۰۰-۰۳-۲۹

gun az article

فوری؛ توطئه نماینده خائن تکاب برای دستکاری نتیجه انتخابات شورای شهر به  نفع کُردها

۱۴۰۰-۰۳-۲۹

gun az article

آتش زدن بنرهای کاندیدهای تورک در اورمیه توسط اقلیت مهاجر توسعه طلب کُرد + فیلم

۱۴۰۰-۰۳-۲۹

gun az article

یکی از سرکردگان گروه تروریستی پ.ک.ک توسط ترکیه در مرز ایران دستگیر شد

۱۴۰۰-۰۳-۲۹

gun az article

آیت الله اعدام پیروز انتخابات ایران اعلام شد

۱۴۰۰-۰۳-۲۹

gun az article

خبر فوری: لیست نهایی منتخبان شورای شهر اورمیه منتشر شد/تکمیلی

۱۴۰۰-۰۳-۲۹

gun az article

رهبر کره شمالی می‌گوید کشورش بايد برای مذاکره و یا رویارویی با آمریکا آماده باشد

۱۴۰۰-۰۳-۲۹