SON XƏBƏRLƏR

Amerika Türkiyə ilə Suriya sərhəddinə yeni qoşun göndərir

2021.10.20, 07:36
Amerika Türkiyə ilə Suriya sərhəddinə yeni qoşun göndərir

Gunaz.tv

GünAz TV: Amerika Birləşmiş Ştatları (ABŞ) Silahlı Qüvvələri Suriyanın Türkiyə ilə sərhəddində müşahidə məntəqələri yerləşdirməyə hazırlaşır. Bunun üçün Pentaqon Suriyaya əlavə hərbçilər göndərəcək.

 

Azvision.az xəbər verir ki, bu barədə ABŞ müdafiə naziri Ceyms Mettis bəyan edib.

 

Onun sözlərinə görə, bu addım Türkiyə ilə Suriyanın şimalındakı Suriya Demokratik Qüvvələri (kürd silahlı birləşmələri) arasında gərginliyin artmasından qaçmağa, həmçinin, İŞİD terrorçularını "gözdən qaçırmamağa” kömək edəcək.

 

"Müşahidə məntəqələri aydın şəkildə qurulacaq ki, Türkiyə onların harada yerləşdiyini bilsin. Bu məntəqələr Suriya Demokratik Qüvvələri ilə gərginliyin azaldılmasına xidmət edəcək. Müşahidə məntəqələrinin yaradılması ABŞ-dan Suriyaya əlavə hərbçilərin göndərilməsini tələb edir”, – deyə Mettis vurğulayıb.

 

Pentaqonun məlumatına əsasən, hazırda Suriyada 2 min amerikalı hərbçi xidmət edir.

 

Qeyd edək ki, Ankara Suriya Demokratik Qüvvələrinin əksəriyyətini təşkil edən YPG/PYD kürd qruplaşmalarını terrorçu hesab edir və onlara hərbi-maliyyə yardımı göstərdiyinə görə Vaşinqtonu dəfələrlə tənqid edib.

N.S

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar