SON XƏBƏRLƏR

İsrailin zərbəsi ilə bağlı ilkin DETALLAR!

2024.04.19, 09:03
İsrailin zərbəsi ilə bağlı ilkin DETALLAR!

ABŞ rəsmiləri İsrailin İrana qarşı hərbi əməliyyatlar keçirdiyini təsdiqləyib.

Gunaz.tv

Rəsmilər bildiriblər ki, İsrail cümə axşamı Bayden administrasiyasına növbəti 24-48 saat ərzində zərbə endirəcəkləri ilə bağlı xəbərdarlıq ediblər. CNN-in məlumatına görə, İsaril rəsmiləri Bayden administrasiyasını İranın nüvə obyektlərinin hədəfə alınmayacağına əmin ediblər.

Qeyd edək ki, İsfahan və ətrafında İranın nüvə proqramı ilə əlaqəli bir neçə bölgəsi var.

CNN həmçinin ABŞ rəsmisinə istinadən bildirib ki, İranda baş verən partlayışlar həftə sonu İranın hücumlarına İsrailin cavabıdır. Rəsmi əlavə edir ki, İsrailin zərbələri “məhdud” xarakter daşıyır və mülki və nüvə obyektlərini deyil, İranın hərbi obyektlərini hədəf alacaq.

Fox News eyni şəkildə "güvənilir hərbi mənbəyə" istinad edərək, cavab zərbəsini "məhdud" kimi təsvir edir.

İran rejimi isə iddia edir ki, İsfahan şəhəri yaxınlığında partlayış səslərinin eşidilməsindən sonra bir neçə pilotsuz təyyarəni zərərsizləşdirib və ölkəyə “hələlik raket hücumunun olmadığını” bildirir.

GünazTV

Açar Sözlər :

OXŞAR XƏBƏLƏR

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar