SON XƏBƏRLƏR

Türkiyədə 13 ölkədən 33 şair və yazıçının iştirakı ilə görüş keçirilib: Güney Azərbaycanı təmsil edən şairlər Talasda

2026.10.24, 23:42
Türkiyədə 13 ölkədən 33 şair və yazıçının iştirakı ilə görüş keçirilib: Güney Azərbaycanı təmsil edən şairlər Talasda

Gunaz.tv

2026-cı il oktyabrın 15-dən 17-dək Türkiyənin Kayseri şəhərinin Talas rayonunda Talas Bələdiyyəsinin ev sahibliyi ilə Türk Dünyası Şair və Yazıçılarının İkinci Görüşü keçirilib. Tədbirdə 13 ölkə və bölgədən 33 şair və yazıçı bir araya gələrək Türk dünyasının ədəbi əsərlərini və mədəni irsini təqdim ediblər.

Tədbir Talas Bələdiyyəsi, Türkiyənin Mədəniyyət və Turizm Nazirliyi, Türk Əməkdaşlıq və Koordinasiya Agentliyi (TİKA), Türk Dil Qurumu və Türk Ədəbiyyatı Fondunun əməkdaşlığı ilə təşkil olunub. Görüşdə Türkiyə, Azərbaycan, Özbəkistan, Qırğızıstan, Qazaxıstan, Başqırdıstan, Tatarıstan, Gürcüstan, Rusiya Federasiyası, Şimali Makedoniya, Qaqauziya və Kərkük-Türkmənelindən olan şair və yazıçılar iştirak ediblər.

Açılış mərasimi Ərciyəs Mədəniyyət Mərkəzində keçirilib. Proqram çərçivəsində Türk dünyasının ortaq mədəniyyətinə həsr olunmuş musiqi və səhnə çıxışları təqdim edilib, həmçinin Türk dünyasının ənənəvi naxışlarından ibarət sərgi təşkil olunub. Şeir gecəsi isə Kayseri Ali Dini Təhsil Mərkəzində keçirilib və iştirakçı şairlər öz əsərlərini səsləndiriblər.

Türk Ədəbiyyatı Fondunun rəhbəri Sərhat Kabaklı çıxışında xalqlar arasında mədəni əlaqələrin və qardaşlıq münasibətlərinin möhkəmləndirilməsində ədəbiyyatın əhəmiyyətini vurğulayıb. Talasın bələdiyyə sədri Mustafa Yalçın və digər yerli rəsmilər də tədbirin Türk dünyasının müxtəlif bölgələri arasında mədəni və ədəbi əlaqələrin genişlənməsinə verdiyi töhfədən danışıblar.

Görüşdə Güney Azərbaycanı təmsil edən iki şair — Şərifə Cəfəri və Əli Çağla da iştirak ediblər. Tədbir Türk dünyasının ortaq ədəbi irsinin tanıdılması, şairlər, yazıçılar və mədəniyyət xadimləri arasında əlaqələrin gücləndirilməsi məqsədi daşıyıb.


GunAz TV
R.G

 

Türk dünyasının qadın şairləri Azərbaycanın paytaxtı Bakıda bir araya gəlib (Foto)

2026.09.23, 20:04

Türk dünyasının qadın şairləri Azərbaycanın paytaxtı Bakıda bir araya gəlib (Foto)

 

 

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar