SON XƏBƏRLƏR

İranda daha beş qadın öldürülüb

2026.10.17, 09:36
İranda daha beş qadın öldürülüb

Son bir neçə gün ərzində İranda beş qadın həyat yoldaşı və yaxın ailə üzvləri tərəfindən öldürülüb.

Gunaz.tv

Bu barədə qadın hüquqları müdafiəçiləri məlumat yayıb.

13 yaşlı Rumina Əşrəfi, 17 yaşlı Mona Heydəri, 19 yaşlı Fatimə Bərihi, 22 yaşlı Reyhanə Ameri və Məryəm Yarməhəmmədi "namus" məsələsi və qısqanclıq zəminində qətlə yetiriliblər.

Onların hamısının xüsusi qəddarlıqla və başları kəsilərək öldürüldüyü bildirilib.

Qeyd edək ki, İran qanunlarına əsasən, namus məsələsinə görə qadını öldürənlərin cəzası yüngüldür.  Buna görə də qatillərin sayı azalmır. 

GünazTV

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar