SON XƏBƏRLƏR

ABŞ-nin maliyyə naziri İrandakı enerji böhranına istehza etdi

2026.11.28, 19:31
ABŞ-nin maliyyə naziri İrandakı enerji böhranına istehza etdi

Gunaz.tv

ABŞ-nin maliyyə naziri Skott Bessent Vaşinqton Post qəzetinin Məsud Pezeşkianın soyuq və qaranlıq kabinetdə palto ilə işlədiyini əks etdirən görüntü barədə paylaşımını yenidən yayımlayaraq, “Əhsən, uşaqlar! Möhtəşəm bir qış keçirin!” sözləri ilə İran hökumətinə istehza edib.

İran dövlət televiziyası noyabrın 20-də Pezeşkianın prezidentlik binasında işıqların və istilik sistemlərinin söndürüldüyü otaqda işlədiyini göstərən video yayımlamışdı. Pezeşkian bu görüntülərlə enerji istehlakına qənaət edilməsinə çağırış etmişdi.

Vaşinqton Postun yazdığına görə, bu görüntülər ABŞ-nin iqtisadi təzyiqləri fonunda İranda dərinləşən enerji böhranına diqqət çəkib.

Bessentin reaksiyası Tramp administrasiyasının “İqtisadi təcrid əməliyyatı” çərçivəsində İranın neft gəlirlərinə və maliyyə şəbəkələrinə qarşı təzyiqləri artırdığı bir vaxta təsadüf edir.


GunAz TV
R.G

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar