SON XƏBƏRLƏR

İran Naxçıvan sərhədinə niyə texnika yığır? — Səfirliyin təxribatçı cavabı

2026.11.28, 12:00
İran Naxçıvan sərhədinə niyə texnika yığır? — Səfirliyin təxribatçı cavabı

Son günlər sosial mediada İranın Azərbaycanın Naxçıvan bölgəsi ilə sərhəd istiqamətinə ağır hərbi texnika cəmləşdirdiyini əks etdirən görüntülər yayılıb.

Gunaz.tv

İranın Azərbaycandakı səfirliyi məsələ ilə bağlı APA-nın sorğusuna cavabında bildirib ki, görüntülərin çəkildiyi vaxt və məkan dəqiq olmadığından bu barədə fikir bildirmək mümkün deyil. Bununla yanaşı, səfirlik qeyd edib ki, “hərbi təcavüzə qarşı özünü müdafiə edən ölkə kimi İranın zəruri hazırlıq tədbirləri görməsi tamamilə təbiidir”. Səfirlik, habelə, əsassız məlumat və materialların paylaşılmasından, eləcə də onların iki ölkə arasındakı dostluq münasibətlərinə xələl gətirəcək şəkildə şərh olunmasından çəkinməyi tövsiyə edib.

Beləliklə, İran Naxçıvanla sərhəd istiqamətində hərbi texnikanın yerləşdirilməsi barədə xəbərləri nə təsdiqləyib, nə də təkzib edib. Əgər görüntülər saxta olsaydı, İran dərhal deyərdi ki, bu, yalandır. Yox həqiqət olsaydı, İran bəyan edərdi ki, sadəcə hərbi təlim keçiririk. Amma İran bu məlumatları nə təsdiqləyir, nə də təkzib edir. Bu isə diplomatiyada ən təhlükəli cavabdır. Çünki bu, “biz gizli nəsə edirik, amma sizə demirik” mənasını verir. Digər tərəfdən səfirlk bəyan edib ki, hərbi təcavüzə qarşı özünü müdafiə edən ölkə kimi İranın zəruri hazırlıq tədbirləri görməsi tamamilə təbiidir. Bu da çox təhlükəli bir bəhanədir. Çünki sual yaranır ki, kim İrana hərbi təcavüz edir? Azərbaycan İrana qarşı heç bir təhdid yaratmır və yaratmaq fikri də yoxdur. Amma əgər İran “özünü müdafiə” üçün Naxçıvan sərhədində ağır hərbi texnika cəmləşdirirsə, deməli, o, Azərbaycanı təhlükə kimi görür. Belə olduğu halda səfirliyin dediyi “dostluq münasibətləri” harda qaldı? Bəyəm dost ölkə sərhəddə ağır hərbi texnika cəmləşdirər? Fikrimcə İranın ağır hərbi texnikanı məhz Naxçıvan sərhədində cəmləşdirməsi təsadüf deyil. Naxçıvan Azərbaycanın Türkiyə ilə quru əlaqəsi olan və Zəngəzur dəhlizinin açar nöqtəsidir. Belə çıxır ki, İran bu bölgəyə qoşun yığmaqla demək istəyir ki, mən Zəngəzur dəhlizinə, Azərbaycanın Türkiyə ilə birləşməsinə hərbi yolla mane olmaq istəyirəm. Yəni konkret təhdid edir.

Digər tərfdən İran səfirliyi deyir ki, əsassız məlumat və materialların paylaşılmasından, eləcə də onların iki ölkə arasındakı dostluq münasibətlərinə xələl gətirəcək şəkildə şərh olunmasından çəkinməyi tövsiyə edirik. Bu, isə susun, danışmayın, soruşmayın deməkdir. Əgər görüntülər əsassızdırsa, İran sübut etsin ki, bu onlar dediyi kimidir. Amma bunun əvəzinə deyir ki, susun, çəkinin, biz nəsə edirik, amma siz danışmayın. Əslində İranın bu davranışı 30 illik siyasətin davamıdır. İndi də Naxçıvan sərhədində ağır hərbi texnika cəmləməklə Azərbaycanı təhdid etmək, qorxutmaq istəyir. Təbii ki, Azərbaycan bu təxribata uymayacaq. Amma zəif də görünməyəcək. Azərbaycanın gücünü Tehran zatən görübdür. Bilir ki, Azərbaycan ayağa qalxsa Güneydəki 30 milyon da ayağa qalxacaq. Bunun nəticəsi isə bomba atıb qaçan ABŞ ilə İranın razlaşdırılmış zərbələr ssenarisi kimi olmayacq. Bu Tehranın məhvi ssenarisi olacaq.

 

Ş.E

Açar Sözlər :

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar