SON XƏBƏRLƏR

İranda etirazçı taekvondo çempionu edama məhkum edildi

2026.11.21, 09:13
İranda etirazçı taekvondo çempionu edama məhkum edildi

İranın Yəzd şəhərinin İnqilab Məhkəməsinin ikinci bölməsi taekvondo çempionu Puya Fəxrabadi barədə ölüm hökmü verib.

Gunaz.tv

Bu barədə insan haqları təşkilatları məlumat yayıb.

Onunla birgə həbs edilən daha üç nəfərin hər biri isə 20 il azadlıqdan məhrum edilib.

Puya Fəxrabadi, Mehdi Rəcəbi, Məhəmməd Kargər və Mohini Məkki yanvar etirazları zamanı "Yəzd Telekommunikasiyası" kimi tanınan iş üzrə "ictimai əmlaka od vurmaqda iştirak etmək"də ittiham olunublar.

Edama məhkum edilmiş 2000-ci il təvəllüdlü və bədən tərbiyəsi üzrə magistr dərəcəsinə malik Fəxrabadi cari ilin fevral ayının 20-də Yəzddə həbs edilib. 

Həbs zamanı onun ağır döyüldüyü, başına iyirmi tikiş vurulduğu və həbsdən sonra təkadamlıq kamerada işgəncələrə məruz qaldığı üçün 30 kiloqram arıqladığı bildirilib.

GünAzTV

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar