SON XƏBƏRLƏR

İsrail: İran nüvə proqramını bərpa etməyə çalışır

2026.11.20, 09:02
İsrail: İran nüvə proqramını bərpa etməyə çalışır

Gunaz.tv

İsrailin xarici işlər naziri Gideon Saar noyabrın 19-da, cümə axşamı, İsrailin 14-cü kanalına müsahibəsində İranın nüvə proqramını bərpa etməyə və qeyri-ənənəvi silahlar sahəsində fəaliyyət göstərməyə çalışdığını bildirib.

Saar İranın İsrailə qarşı təhdidlərini «ciddi və real» adlandıraraq deyib: «İran nüvə proqramına qayıtmağa çalışır və qeyri-ənənəvi silahlar sahəsində də fəaliyyət göstərir. İsrailə qarşı təhdidlər əhəmiyyətli və realdır».

O, bu təhdidlərə toxunaraq İsraildə gələcək hökumətin formalaşdırılması məsələsini də gündəmə gətirib və ölkənin ehtiyac duyduğu hökumətin necə olacağına dair müzakirələrdə bu təhlükələrin nəzərə alınmalı olduğunu bildirib.


GunAz TV
R.G
 

Açar Sözlər :

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar