SON XƏBƏRLƏR

Husilər Ər-Riyadın Maliyyə Mərkəzindəki qülləyə hücum ediblər

2026.11.19, 22:35
Husilər Ər-Riyadın Maliyyə Mərkəzindəki qülləyə hücum ediblər

Gunaz.tv

Səudiyyə Ərəbistanının Mülki Müdafiə İdarəsi noyabrın 19-da, cümə axşamı günü Ər-Riyad şəhərinin Maliyyə Mərkəzindəki qüllələrdən birinin husilərin hücumuna məruz qaldığını açıqlayıb.

İdarənin bəyanatına görə, hücum nəticəsində qüllənin bir neçə mərtəbəsinə və yaxınlıqdakı binalara maddi ziyan dəyib. Hadisə zamanı ölən və ya xəsarət alan olmayıb.

Səudiyyə Ərəbistanı Mülki Müdafiə İdarəsinin rəsmi sözçüsü polkovnik Məhəmməd əl-Həmmadi hücumu mülki obyektlərə qarşı düşmənçilik aktı və beynəlxalq humanitar hüququn açıq şəkildə pozulması kimi qiymətləndirib.

O bildirib ki, hadisədən dərhal sonra aidiyyəti qurumların qüvvələri əraziyə cəlb olunub və insanların həyatının, eləcə də əmlakın qorunması üçün zəruri tədbirlər görülüb.


GunAz TV
R.G
 

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar