SON XƏBƏRLƏR

AFC Traktorun ev sahibliyinin dəyişdirilməsinə razılıq vermədi

2026.11.18, 17:34
AFC Traktorun ev sahibliyinin dəyişdirilməsinə razılıq vermədi

Güney Azərbaycanın çox tərəfdar olan futbolcuları yenidən dolayısı marşrutla Omana getməyə məcbur qaldılar.

Gunaz.tv

Asiya Futbol Konfederasiyasının (AFC) Traktor klubunun oyunlarına ev sahibliyi yerinin dəyişdirilməsi ilə bağlı müraciətini rədd etməsindən sonra Təbriz təmsilçisi Asiya Elit Liqasında iştirak etmək üçün yenidən dolayısı marşrutla Omana yollanmalı olacaq.

Traktor Omanla birbaşa uçuşların olmaması səbəbindən oyunlarının başqa ölkədə keçirilməsi üçün AFC-yə müraciət etmişdi. Lakin Özbəkistan və Tacikistan bu oyunlara ev sahibliyi etməyə razılıq verməyib, AFC isə qarşılaşmaların İraqın Ərbil şəhərində keçirilməsi təklifini rədd edib.

Asiya Futbol Konfederasiyasının bildirdiyinə görə, İraq hazırda Elit Liqada iştirak edən üç komandaya ev sahibliyi edir və Traktorun oyunlarını da qəbul etmək imkanı yoxdur.

Traktor daha əvvəl də Elit Liqanın ikinci turunda Qətərin Əl-Şimal komandası ilə qarşılaşmaq üçün Omana uzun və çətin səfər etmişdi. Komandanın üzvləri oktyabrın 10-da əvvəlcə Təbrizdən Nəcəfə uçmuş, daha sonra avtobusla Bağdada, oradan isə Maskata getmişdilər.

Ev sahibliyinin dəyişdirilməsi ilə bağlı müraciətin rədd edilməsindən sonra Traktor BƏƏ-nin Əl-Vəsl komandası ilə oyunu üçün də Omana yenidən dolayısı marşrutla getməli olacaq.


GunAz TV
R.G

Açar Sözlər :

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar