SON XƏBƏRLƏR

ABŞ və İran arasında demək olar ki, hər gün zərbələr mübadiləsi aparılır – NBC News

2026.11.18, 11:14
ABŞ və İran arasında demək olar ki, hər gün zərbələr mübadiləsi aparılır – NBC News

NBC News-un çərşənbə axşamı iki ABŞ rəsmisinə və məsələ ilə tanış olan bir mənbəyə istinadən verdiyi məlumata görə, ABŞ və İran arasında demək olar ki, hər gün qarşılıqlı hərbi zərbələr davam edir.

Gunaz.tv

Məlumata görə, İran Hörmüz boğazında ABŞ Hərbi Dəniz Qüvvələrinin gəmilərini, hərbi obyektləri və kommersiya tankerlərini hədəfə alıb. ABŞ qüvvələri isə İran tərəfindən göndərilən dron və raketləri zərərsizləşdirib, eyni zamanda İran ərazisindəki raket buraxılış qurğularına və digər hədəflərə vaxtaşırı zərbələr endirib.

ABŞ rəsmilərinin bildirdiyinə görə, xüsusilə son iki ay ərzində həyata keçirilən zərbələrin əksəriyyəti ictimaiyyətə açıqlanmayıb.

“Məlum zərbələri həyata keçirirlər, lakin bunu açıqlamırlar”, – deyə məsələ ilə tanış olan mənbə NBC News-a bildirib.

NBC News-un məlumatına görə, ABŞ qırıcıları çərşənbə axşamı Bəhreyndəki ABŞ radar sistemini hədəf alan dron hücumundan sonra İslam İnqilabı Keşikçiləri Korpusunun (SEPAH) raket buraxılış məntəqəsinə zərbə endirib. İran dronların radarı vurduğunu iddia etsə də, ABŞ Mərkəzi Komandanlığı (CENTCOM) dronların ələ keçirildiyini, hadisə nəticəsində heç bir zərər və ya xəsarət qeydə alınmadığını bildirib.

 

C

Açar Sözlər :

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar