SON XƏBƏRLƏR

İran parlamenti Müctəba Xameneinin Kəşfiyyat Nazirliyinə birbaşa nüfuzunu artırmağa çalışır

2026.11.14, 18:38
İran parlamenti Müctəba Xameneinin Kəşfiyyat Nazirliyinə birbaşa nüfuzunu artırmağa çalışır

Gunaz.tv

İran parlamenti Kəşfiyyat Nazirliyinin strukturunu yenidən qurmaq üçün qanun layihəsi hazırlayır. 

Layihəyə əsasən, nazirlikdə yaradılacaq iki yeni qurumun rəhbərləri birbaşa Müctəba Xamenei tərəfindən təyin olunacaq.

Yeni qurumlardan biri nazirliyin daxili təhlükəsizliyinə və informasiya mühafizəsinə, digəri isə ideoloji nəzarətə cavabdeh olacaq. 
Beləliklə, Müctəba Xameneinin İranın Kəşfiyyat Nazirliyi üzərində birbaşa təsir və nəzarət imkanlarının genişləndirilməsi nəzərdə tutulur.

Layihədə nazir vəzifəsinə təyin olunmaq üçün müctəhid olmaq şərtinin ləğvi də təklif edilir. 

Qanun layihəsinin noyabrın 15-də parlamentdə təcili müzakirəyə çıxarılması planlaşdırılır.


GunAz TV
R.G

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar