SON XƏBƏRLƏR

SEPAH: ABŞ “kağız pələng”dir

2026.11.13, 17:26
SEPAH: ABŞ “kağız pələng”dir

Gunaz.tv

İran İslam İnqilabı Keşikçiləri Korpusunun (SEPAH) baş komandanının müavini Mustafa İzdı cümə günü, noyabrın 13-də iddia edib ki, İranın raket imkanları iki tonluq döyüş başlığı daşıyan raketləri 1500 kilometr məsafədəki hədəflərə çatdırmaq səviyyəsinə yüksəlib.

O, bu raket potensialının məqsədinin düşmənin İranın təhlükəsizliyinə və qüdrətinə zərbə vurmaq planlarını zərərsizləşdirmək olduğunu bildirib.

İzdi ABŞ-ın hərbi bazalarına toxunaraq, “Amerika bazalarının təhlükəsizlik yaratması əfsanəsi sona çatıb” deyib və İranın ABŞ-ın “kağız pələng” olduğunu dünyaya göstərdiyini iddia edib.

SEPAH rəsmisi əlavə edib ki, İranın silahlı qüvvələri raket, hava hücumundan müdafiə, pilotsuz uçuş aparatları, dəniz və ərazi müdafiəsi sahələrində hazır vəziyyətdədir və Bəsic qüvvələri ölkənin bütün ərazisində fəaliyyət göstərir.

 

GunAz TV
R.G

Açar Sözlər :

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar