SON XƏBƏRLƏR

Təbrizin Maşınqayırma Şirkətinin işçiləri işi dayandırıblar

2026.11.13, 11:00
Təbrizin Maşınqayırma Şirkətinin işçiləri işi dayandırıblar

Təbriz Maşınqayırma Şirkətinin bir sıra işçiləri əmək haqqının qeyri-müntəzəm ödənilməsinə etiraz olaraq işi dayandırıblar.

Gunaz.tv

Bu haqda yerli media məlumat yayıb.

Narazı işçilər rəhbərliyin işçiləri aldatdığını, əmək haqlarının və qanunla nəzərdə tutulumuş başqa məvaciblərin ödəniləcəyi barədə verdiyi vədləri yerinə yetirmədiyini bildiriblər.

Bu etiraz, ilin əvvəlindən bəri bu sənaye kompleksinin bu mövzuda bir neçə etiraza şahid olduğu və cəmi iki həftə əvvəl prezidentin sərəncamı ilə onun özəl sektora verilməsi prosesinin dayandırıldığı elan edildiyi bir vəziyyətdə keçirilir.

Bu ilin iyulunda da Təbriz Maşınqayırma Şirkətinin təxminən 1600 işçisi may və iyun ayları üçün maaşlarının ödənilməməsi səbəbindən işi dayandırmışdı.

Sentyabr ayında şirkət işçiləri Məsud Pezeşkiana ünvanladıqları məktubda şirkətin borcları, əmək haqqı gecikmələri, dövriyyə kapitalının olmaması və istehsal üçün kifayət qədər resurs çatışmazlığı barədə məlumat verib, onun vəziyyətdən çıxış üçün yardım etməsini istəyiblər.

GünAzTV

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar