SON XƏBƏRLƏR

İrana qarşı sanksiyaları genişləndirəcəyik- Haddad

2026.11.12, 16:00
İrana qarşı sanksiyaları genişləndirəcəyik- Haddad

Paris, İslam Respublikasına və xüsusilə mağazaların soyutma sistemlərinə edilən kiberhücumdan məsul olanlara qarşı sanksiyaları sərtləşdirmək üçün Avropa tərəfdaşları ilə birlikdə çalışacaq.

Gunaz.tv

Bunu Fransanın Avropa işləri naziri Benyamin Haddad deyib.

O, bildirib ki, bu addım Fransanın İslam Respublikasını günahlandırdığı hücuma cavab olaraq atılır.

Fransa Xarici İşlər Nazirliyi 9 noyabrda verdiyi açıqlamada İnqilab Keşikçiləri Korpusuna bağlı "Şəhid Kave" kiber bölməsinin Fransadakı 700-dən çox mağazanın soyutma idarəetmə sistemlərinə edilən hücumdan məsul olduğunu açıqlayıb.

Bununla eyni vaxtda Fransa İran İslam Respublikasının Parisdəki səfirini Xarici İşlər Nazirliyinə çağırıb və Fransanın mağaza şəbəkələrinin soyutma sistemlərinə edilən geniş kiberhücuma görə etiraz edilib.

GünAzTV

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar