SON XƏBƏRLƏR

Təbriz restoranlarında canlı musiqiyə məhdudiyyətlər tətbiq edildi

2026.11.10, 11:49
Təbriz restoranlarında canlı musiqiyə məhdudiyyətlər tətbiq edildi

Təbrizdəki restoran və iaşə mərkəzlərində xüsusi icazə olmadan canlı musiqi ifa etməyə icazə verilməyəcək.

Gunaz.tv

Bunu Şərqi Azərbaycan əyalətinin İslami İrşad və Mədəniyyət İdarəsinin başçısı
Nemətullah Payan deyib.

"Bu yerlər üçün lisenziya yalnız iaşə üçün verilir və bədii fəaliyyət üçün lisenziya hesab edilmir",- o bildirib.

Payan iddia edib ki, rəhbərlik etdiyi idarənin məqsədi "tənzimlənən" bədii fəaliyyəti dəstəkləməkdir. O, həmçinin bunun "məzmun və maliyyə pozuntularının qarşısının alınması" və ictimai asayişin qorunması zərurətindən irəli gəldiyini söyləyib.

Bildirilib ki, noyabrın 9-da keçirilən iclasda İslami İrşad və Mədəniyyət İdarəsi, İctimai Yerlərə Nəzarət Departamenti və Həmkarlar İttifaqından ibarət birgə işçi qrupunun yaradılması təsdiq edilib. Bu işçi qrupu icazələrin verilməsinə və canlı musiqinin ifasına davamlı olaraq nəzarət edəcək.

GünAzTV

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar