SON XƏBƏRLƏR

Çin Tehrana xüsusi elçi göndərib

2026.11.09, 14:53
Çin Tehrana xüsusi elçi göndərib

Çin Xarici İşlər Nazirliyi Pekinin Yaxın Şərq məsələləri üzrə xüsusi elçisinin İrana səfərini və İslam Respublikasının yüksək vəzifəli rəsmiləri ilə görüşdüyünü elan edib.

Gunaz.tv

Səfər hərbi gərginlik və müharibəyə son qoymaq üçün diplomatik səylərin davam etdiyi bir vaxtda baş tutdu.

Çin Xarici İşlər Nazirliyinə istinadən verdiyi məlumata görə, ölkənin xüsusi elçisi Zhai Jun 8 noyabr bazar günü Tehranda İslam Respublikası Ali Milli Təhlükəsizlik Şurasının katibinin müavini Əli Bageri kəni və xarici işlər nazirinin müavini Məcid Taxt-Rəvançı ilə görüşüb və ikitərəfli münasibətləri və Yaxın Şərqdəki prosesləri müzakirə edib.

Hərbi həllin regional böhrana son qoymayacağını vurğulayan Çin elçisi fikir ayrılıqlarını danışıqlar yolu ilə həll etməyə çağırıb və Pekinin Tehranla əlaqələri genişləndirməyə hazır olduğunu bildirib.

İslam Respublikasının rəsmiləri həmçinin ikitərəfli əməkdaşlığın gücləndirilməsini və Çinin münaqişələrə son qoymaq üçün diplomatik səylərdə daha böyük rol oynamasını vurğulayıblar.

GünAzTV

Açar Sözlər :

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar