SON XƏBƏRLƏR

Ər-Riyadda “Aramco”nun inzibati binası hücuma məruz qalıb

2026.11.08, 19:29
Ər-Riyadda “Aramco”nun inzibati binası hücuma məruz qalıb

Gunaz.tv

Səudiyyə Ərəbistanının rəsmi xəbər agentliyi noyabrın 8-də Energetika Nazirliyindəki mənbəyə istinadən bildirib ki, Ər-Riyadda “Aramco” şirkətinə məxsus inzibati binalardan biri hücuma məruz qalıb və binaya qəlpələr düşüb.

Məlumata görə, binaya cüzi ziyan dəyib, hadisə nəticəsində ölən və yaralanan olmayıb. Səudiyyə Ərəbistanının aidiyyəti qurumları hadisə ilə bağlı araşdırmaya başlayıb.

Bundan əvvəl “Reuters” xəbər agentliyi Ər-Riyadda Kral Abdullah Maliyyə Mərkəzində yerləşən bir qüllənin hədəf alındığını bildirmişdi.

 

GunAz TV
R.G

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar