SON XƏBƏRLƏR

İsfahanda daha iki etirazçı edam edildi

2026.11.03, 14:16
İsfahanda daha iki etirazçı edam edildi

Bu gün səhər saatlarında İranda yanvar etirazları zamanı həbs edilən 20 yaşlı Əmir Hüseyn Məliki və 18 yaşlı Əmir Hüseyn İbrahimi adlı iki məhkum edam edilib.

Gunaz.tv

Bu haqda İranın "Mizan" saytı məlumat yayıb.

Yanvarın 8-də İsfahanda həbs edilən adı çəkilən şəxslərin hər ikisi aksiyalar zamanı hökumət məmurlarının öldürülməsində günahlandırılıblar.

Qeyd edək ki, İsfahanda keçirilən etiraz aksiyaları zamanı 4 hökumət məmurunun öldürülməsi ittihamına görə 12 nəfər barəsində ölüm hökmü çıxarılıb.

Son iki nəfərin edamı ilə isə 12 müttəhimin doqquzunun ölüm hökmü yerinə yetirilib.

GünAzTV

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar